Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladimir Vernadski (28 fevral (12 mart) 1863, Sankt-Peterburq, Rusiya imperiyası – 6 yanvar 1945[…], Moskva, SSRİ) — rus-ukrain və sovet alimi, mütəfəkkir, noos

Vladimir Vernadski

  • Ana Səhifə
  • Vikipediya
  • Vladimir Vernadski

Vladimir Vernadski (28 fevral (12 mart) 1863, Sankt-Peterburq, Rusiya imperiyası – 6 yanvar 1945[…], Moskva, SSRİ) — rus-ukrain və sovet alimi, mütəfəkkir, noosfer təliminin banisi.

Vladimir Vernadski
Vladimir İvanoviç Vernadski
Doğum tarixi 28 fevral (12 mart) 1863(1863-03-12)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 6 yanvar 1945(1945-01-06)[…] (81 yaşında)
Vəfat yeri
  • Moskva, SSRİ
Vəfat səbəbi insult
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Elm sahələri geologiya, kristalloqrafiya, mineralogiya, Geokimya, Radiogeoekologiya, biologiya, Biogeokimya, fəlsəfə, geologiya tarixi[d]
Elmi dərəcələri
  • təbiət elmləri doktoru[d],
  • doktorluq dərəcəsi[d],
  • magistr
İş yerləri
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Sankt-Peterburq İmperator Universiteti[d],
  • Moskva İmperator Universiteti[d],
  • V. İ. Vernadski adına Tavriya Milli Universiteti[d],
  • SSRİ Elmlər Akademiyası,
  • Moskva Dövlət Universiteti,
  • Ukrayna Milli Elmlər Akademiyası
Təhsili
  • Sankt-Peterburq İmperator Universiteti (–1885)
Elmi rəhbərləri Vasili Dokuçayev, Andrey Artsruni
Üzvlüyü
  • Rusiya Elmlər Akademiyası (1906–1908),
  • Rusiya Elmlər Akademiyası (1908–1912),
  • Rusiya Elmlər Akademiyası (1912),
  • Ukrayna Milli Elmlər Akademiyası,
  • Şevçenko Elmi Cəmiyyəti[d]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni — 1943 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni
1-ci dərəcəli "Stalin" mükafatı — 1943 1-ci dərəcəli "Stalin" mükafatı SSRİ Dövlət mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vladimir Vernadski 28 fevral 1863-cü ildə Sankt-Peterburqda doğulmuşdur.

Onun atası Ivan Vasilyeviç Vernadski müqəddəs Vladimir Kiyev Universitetindən ali təhsilini almışdır; bir neçə il xaricdə siyasi iqtisadiyyatı öyrənmişdir. Bir neçə il orta məktəbdə rus ədəbiyyatını öyrətmiş, Kiyev Universitetində siyasi iqtisadiyyat kafedrasına rəhbərlik etmiş, tanınmış rus iqtisadçısı Nikolay Şiqayevin qızı Mariya ilə evləndikdən sonra, gənc ailə Moskvaya köçmüşdür. Orada Ivan Vasilyeviç Moskva Universitetində siyasi iqtisadiyyatı və statistikanı öyrətmişdir. Ailə Peterburqa köçmüş və orada I. Vernadski Əsas pedaqoji məktəbin professoru postunu tutmuşdur. Birinci həyat yoldaşı toydan 10 il sonra ölmüş və ondan oğlu Nikolay qalmışdır. İkinci dəfə İvan Vasileviç onun əmisi qızı, torpaq sahibi-zadəganın qızı Anna Petrovna Konstantinova ilə, musiqi və nəğmə müəllimi ilə evlənmişdir.

1868-ci ildə pis iqlim səbəbindən Vernadskinın ailəsi o vaxtın Rusiya İmperiyasının aparıcı elm və mədəni mərkəzlərindən biri Xarkova köçmüşdür. 1873-cü ildə Vladimir Xarkov klassik orta məktəbinin birinci sinif şagirdi oldu.

Fəaliyyəti

1885-ci ildə O. Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1912-ci ildən o, Rusiya Elmlər Akademiyasının (sonrakı SSRİ Elmlər Akademiyası) akademiki oldu. Ukrayna Elmlər Akademiyasının banilərdən biri və birinci prezidenti (27 oktyabr 1918). 1920-ci ildən 1921-ci ilə kimi o, Simferopolda Tavriya Universitetinin rektoru olur. 1922–1939-cu illərdə o, özünün təşkil etdiyi Radium institutunun direktor idi. 1922–1926-cı illər ərzində o, xaricdə Praqada və Parisdə işləmişdir. Curie Parisia laboratoriyalarında tədqiqat – yanlış olaraq yeni radioaktiv element üçün qəbul edilən maddə Fransada əsas iş səbəblərindən biri olmuşdur.

1927-ci ildə o, SSRİ Elmlər Akademiyasının canlı maddələr Şöbəsini təşkil etmişdi. Hər halda "canlı maddə" termini O. B. Lepeşinskinin işlərində verilən mənadan fərqli şəkildə – biosferin canlı orqanizmlərinin yığımı kimi istifadə edilirdi.

Vernadski 700-dən çox elmi iş nəşr etmişdir. O, yeni elmin – biogeokimyanın əsasını qoymuş və geokimyaya böyük töhfələr vermişdir. 1927-ci ildən ölümünə kimi o, SSRİ Elmlər Akademiyasında Biogeokimyəvi laboratoriyanın direktorunun postunu tuturdu. O, Sovet geokimyaçılarının hamısının müəllimi idi. Vernadskinin fəlsəfi irsindən ən böyük populyarlığı noosfera haqqında doktrina aldı; o, Rusiya kosmizmi kimi tanınan istiqamətin əsas mütəfəkkirlərdən biri hesab edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladimir Vernadski haqqında məlumat. Vladimir Vernadski nədir? Vladimir Vernadski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kodansha

  • Fevral 26, 2026

    Mərakeş bayrağı

  • Fevral 27, 2026

    Amorf dillər

  • Fevral 27, 2026

    Olben Barkli

  • Mart 01, 2026

    Nərgiztəpə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst