Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərim Rəhim oğlu Allahverdiyev (d.1 aprel 1944, İrəvan) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü.

Kərim Allahverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Kərim Allahverdiyev

Kərim Rəhim oğlu Allahverdiyev (d.1 aprel 1944, İrəvan) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Avropa Elmlər Akademiyasının (AEA) həqiqi üzvü.

Kərim Allahverdiyev
Doğum tarixi 1 aprel 1944(1944-04-01) (81 yaş)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi fizika
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
İş yeri
  • AMEA Fizika İnstitutu
Təhsili
  • Moskva Energetika İnstitutu[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Kərim Allahverdiyev 1944-cü ildə Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1967-ci ildə Rusiyada Moskva Energetika İnstitutunu bitirdikdən sonra AMEA Fizika İnstitutunda çalışan K. Allahverdiyev 1969–1972-ci illərdə aspiranturada oxumuş, 1972-ci ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1974–1975-ci illərdə Böyük Britaniya Oksford Universitetinin Clarendon laboratoriyasında çalışan alim 1992–1995-ci illərdə Ankarada Ortadoğu Texniki Universitetinin Fizika fakültəsində professor kimi fəaliyyət göstərmişdir. 1995-ci ildən etibarən TUBİTAK Mərmərə Araşdırma Mərkəzində şöbə müdiri, 2002-ci ildən AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.

Bütün bu illər ərzində alimin 40-dan artıq universitet və araşdırma mərkəzi ilə elmi əlaqələri mövcud olmuşdur. Bu qurumlar arasında Moskva Dövlət Universiteti (Rusiya), məşhur Oksford, Kembric, Şeffild, London, İmperial universitetləri (Böyük Britaniya), MPI FKF, Stuttqart, RWTH Aachen, Bochum, Bayreuth və Hamburg universitetləri (Almaniya), ABŞ Hava Qüvvələri Wright Patterson Laboratoriyası, Kolorado Əyalət Universiteti, Cincinnati Universiteti, Tsukuba Universiteti (Yaponiya) və Madrid Universitetini (İspaniya) və digər nüfuzlu universitetlər var.

11 ildən artıqdır ki, yarımkeçiricilər fizikası sahəsində çalışan alim bir sıra mühüm elmi nəticələr əldə etmişdir. Professor Allahverdiyev bir çox mükafat və nişanlara layiq görülmüş, nüfuzlu beynəlxalq elmi təşkilatların üzvü seçilmişdir. 1988-ci ildə alim Azərbaycan Dövlət mükafatı, 1989-cu ildə Aachen Texniki Universitetinin "Window-on-Science" mükafatı, 1987–1989-cu illərdə Avropa Aerokosmik tədqiqatları ofisi tərəfindən ziyarətçi professor olaraq Krallıq Cəmiyyəti mükafatına, əldə etdiyi nailiyyətlərinə görə SSRİ Elmlər Akademiyası tərəfindən ilin ən önəmli alimi Fəxri adına layiq görülmüşdür. Nyu-York Elmlər Akademiyası (1998), Azərbaycan Milli Yaradıcılıq Akademiyası (1988), A. M. Proxorov adına Rusiya Mühəndislik Akademiyasının və Türkiyənin "Fizika" jurnalının Redaksiya Heyətinin (2008) üzvüdür.

Yayımlanmış əsərləri

Professor Kərim Allahverdiyev 320 elmi məqələnin, 1 kitabın, 2 monoqrafiyanın və 5 patentin müəllifidir. Onun rəhbərliyi altında 20-dən artıq elmlər namizədi hazırlanıb:

  • Аллахвердиев К. Р., Мустафаев Н. Б., Тагиев М. М. Пикосекундная спектроскопия свободных экситонов в "чистых" и легированных кристаллах селенида галлия. Bakı: Институт физики АН АзССР. 1988. 80.
  • Аллахвердиев К. Р., Салаев Ф.М., Микаилов Ф.А., Мамедов Т.С. Слабое сегнетоэлектричество в слоистых сегнетоэлектриках-полупроводниках A3S3C62. 56. JETP Letters. 153.
  • K. R. Allakhverdiev, Namık Mustafaev, Nisa Seid-Rzaeva. Vibrational Frequencies of the Impurity Atoms in Layered GaSe. 20. Turkish Journal of Physics. 1996. 1256–1265.
  • K. R. Allakhverdiev, N. Ismailov, Z. Salaeva, F. Mikailov, A. Gulubayov, T. Mamedov, and S. Babaev. Reflective Light Modulator Based on ε-GaSe Crystal. 41. Applied Optics. 2002. 148–153.
  • K. R. Allakhverdiev, U. A. Aleshenko, N. A. Bakhyshov, L. K. Vodopyanov, F. M. Gashimzade, R. M. Sardarly, V. Ya. Shteinshraiber. Vibrational Spectrum of TlSxSe1–x Solid Solutions. 127. Physica status solidi. 1985. 459–464.
  • K. R. Allakhverdiev, M. A. Nizametdinova, N. Yu. Safarov, L. K. Vodopyanov, L. V. Golubev. Raman Scattering. Raman Scattering in TlSexS1−x Crystals. 102. Physica status solidi. 1980.
  • K. R. Allakhverdiev, T. G. Mamedov, E. Yu. Salaev, I. K. Efendieva. The Fundamental Absorption Spectra of Tiinse2 Crystals Under Pressure. 117. 1983.
  • E. Yu. Salayev, K. R. Allahverdiyev. Dinamicheskie i Staticheskie Helinejnije Effekti v SloistixKristallax Tipa Selenida Gallija. Bakı: Elm. 1993. 293.
  • K. R. Allahverdiyev, M. O. Yetish, T. K. Baykar, S. M. T. Near IR Laser Light Visualizators Using Gase and Other Layered Crystals. Laser Physics. 2011. 1–3.
  • K. R. Allkahverdiev, T. Baykara. Past, Present and Future of GaSe and Related Crystals- Layered Materials with Outstanding Non-linear Optical Porperties. Optics and Precision Engineering. 2011. 68–80.
  • K. R. Allahverdiyev; və b. Size-induced Effects in Gallium Selenide Electronic Structure: The Influence of Interlayer Interaction. B84. Phys. Rev. 2011. (#explicit_et_al)
  • S. Zahner, L. Kador, K. R. Allahverdiyev, E. Yu. Salayev, M. F. Huseyinoglu. Fluorescence Life Time Imaging Microscopy and Polar-plot Analysis of Gallium Selenide Crystals. J. Appl. Phys. 2014.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərim Allahverdiyev haqqında məlumat. Kərim Allahverdiyev nədir? Kərim Allahverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nom

  • Fevral 27, 2026

    Qazax bələdiyyəsi

  • Fevral 27, 2026

    Nəmrud dağı

  • Fevral 27, 2026

    Riyazi iqtisadiyyat

  • Fevral 27, 2026

    Şervud Anderson

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst