Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Məşədi İsi

  • Ana Səhifə
  • Vikipediya
  • Məşədi İsi

Məşədi İsi (təq. 1840-cı illər – 1905, Ağdam, Şuşa qəzası) — XIX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Məşədi İsi
Ümumi məlumatlar
Doğum tarixi təq. 1840-cı illər
Vəfat tarixi 1905(1905)
Vəfat yeri
  • Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Mükafatları "Şiri-Xurşid" ordeni

Həyat və yaradıcılığı

Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində almışdır. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olmuşdur.

Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olmuş, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrətmişdir. O, "Rast", "Şur", "Hümayun", xüsusilə "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxumuşdur. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olmuşdur.

Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində — Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış etmişdir. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxumuşdur. İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılmış, şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanaraq İran şahı tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif edilmişdi.

1890-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak etmişdir. O, muğam ifaçısı və bilicisi olmaqla yanaşı, təsnifxan kimi də tanınmışdır. Onun bir çox təsnifləri, xüsusilə "Rast" və "Mahur" təsnifləri məşhurluq qazanmışdır. O, əsasən, Molla Pənah Vaqif və Qasım bəy Zakirin bir çox müxəmməs və qoşmasına təsniflər yazmışdır.

Məşədi İsi 1905-ci ildə Ağdam şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məşədi İsi haqqında məlumat. Məşədi İsi nədir? Məşədi İsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vaira Vike-Freiberqa

  • Fevral 27, 2026

    Menalay

  • Fevral 25, 2026

    Hürufilik

  • Fevral 27, 2026

    Moav

  • Fevral 27, 2026

    Kərimbəyli (Füzuli)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst