Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hidravlika — mayelərin mexaniki xassələrini öyrənən mühəndislik sahəsi. Bu sahə maye enerjisinin faydalı şəkildə idarə olunması və ötürülməsini tədqiq edir. Hid

Hidravlika

  • Ana Səhifə
  • Vikipediya
  • Hidravlika

Hidravlika — mayelərin mexaniki xassələrini öyrənən mühəndislik sahəsi. Bu sahə maye enerjisinin faydalı şəkildə idarə olunması və ötürülməsini tədqiq edir. Hidravlika üçün nəzəri əsasları axınların mühəndislik məqsədli tətbiqinə yönəlmiş hidroaeromexanika təmin edir. Qısaca desək, hidravlika hidroaeromexanikanın mühəndislik yanaşması ilə ələ alınıb gündəlik həyata tətbiq edilməsindən ibarətdir.

Hidravlika və Hidrostatika Tablosu (1728-ci ilə aid olan "Ensiklopediya"dan götürülmüşdür).

Hidravlika sözü (hydraulics) yunan dilindəki ὑδραυλικός (hydraulikos) sözündən götürülmüşdür. Bu söz kök etibarilə "su" (ὕδωρ) və "boru, kanal" (αὐλός) mənasını verən sözlərin birləşməsindən yaranmışdır.

Hidravlika qədim elm olmaqla, onun inkişafı insanların saya təlabatının ödənilməsi ilə başlanır. Bizim eradan 250 il əvvəl Arximed hidravlikanın əsas qanunlarından sayılan "cisimlərin üzməsi" qanununu vermişdir. Hidravlikaya aid ilk elimi əsər Leonardo da Vinçinin (1452-1519) suyun hərəkəti və ölçülməsi əsəridir. Sonralar bu sahəyə aid əsas işlər Qalileo Qalileyin (1564-1542), Toriçellinin (1608-1647), Blez Paskalın (1623-1642), İsaak Nyutonun (1642-1726) olmuşdur.

Mixail Lomonosov (1711-1765) hidrodinamikanın əsası və təbiət qanunlarından ən mühüm sayılan “enerjinin itməməsi” qanununu verib. D. N. Bernullu (1700-1782) Rusiyada 1725-1730-cu illərdə hidrodinamikadan çox mühüm tədqiqat aparmış 1738-də “hidrodinamikanın əsasları” adlı əsər nəşr etdirmiş, 1738-də o, hidrodinamikanın əsas tənliklərindən-maye hərəkətinin tənliyini vermişdir. L. P. Eyler (1707-1783-ci ildə) ideal maye hərəkətinin diferensial tənliyini almış, buna əsasən də hidroməkanın inkişafına təkan vermişdir.

Mündəricat

Mayelər haqqında

Mayelər hər tərəfdən sıxlığı olan arasıkəsilməyən mühitdir. O, W-ni saxlamaqla vahid formaya malik olmayan fiziki cisimdir. Maye hissəcikləri arasında əlaqə qüvvəsi, bərk cisimlərə nisbətən çox zəif olduğu üçün maye hissəcikləri axıcılıq xassəsinə malikdir. Təbiətdəki mayelər iki cür; damcılı, damcısız qaz olur.

Fizikada xarakterinə görə maye və qazların hərəkətinin 2 növünü ayırd edirlər: laminar (sakit və hamar) və turbulent. Laminar axını, əsasən, nazik kapilyarda, və ya özlü mayelərdə (məsələn, duru yağda) müşahidə etmək olar. Turbulent hərəkət isə dayanıqlılıq itən zaman mövcud olur və bu hərəkəti əksər hallarda təbiətdə (atmosferdə, çaylarda, dənizlərdə), laboratoriya şəraitində (məs, plazmada), texnikada (neftin borularla daşınmasında), kimya sənayesində və s. müşahidə etmək mümkündür. Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-1912) 1883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi. Reynolds ədədinin kiçik qiymətlərində hərəkət laminar olur. Bu ədəd kritik həddi keçdikdə isə, axın turbulentə çevrilir. Turbulentlik 2 qüvvənin – ətalət və özlülük qüvvələrinin qarşılıqlı mübarizəsinin nəticəsidir.

Re=(ρ u²)/(μu/L)=ρuL/μ=uL/ν *laminar – nə vaxt ki Re<2300 *transient – nə vaxt ki 23004000

Bernulli qanunu

Boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəyi kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur.

Arximed qanunu

Hidrostatikanın əsas qanunlarından biridir. İlk dəfə eramızdan əvvəl III əsrdə yaşamış yunan alimi Arximed tərəfindən kəşf edilmişdir.Mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir:

FA=pgV

P=P0 – FA

  • P- cismin mayedəki çəkisi
  • P0-cismin havadakı çəkisi
Arximed qanununun vizual təsviri

Birləşmiş qablar qanunu

Eyni mayelər olduqda birləşmiş qablar qanununun ifadəsi belədir: istənilən formalı birləşmiş qablarda bircins mayenin səthi eyni səviyyədə olur.

h1=h1

Müxtəlif mayelər olduqda birləşmiş qablar qanununun ifadəsi belədir: birləşmiş qablarda sıxlığı böyük olan maye sütununun hündürlüyü sıxlığı kiçik olan maye sütununun hündürlüyündən kiçik olur:

h1/h2=r2/r1

Fizikada birləşmiş qablar modelinin vizual təsviri

Ədəbiyyat siyahısı

  • Rāshid, Rushdī; Morelon, Régis, Encyclopedia of the history of Arabic science, London: Routledge, 1996, ISBN 978-0-415-12410-2.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hidravlika haqqında məlumat. Hidravlika nədir? Hidravlika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Okeanologiya

  • Fevral 12, 2026

    Yəhudilər

  • Fevral 27, 2026

    Raymond Dart

  • Fevral 27, 2026

    Klinika

  • Fevral 27, 2026

    Böyük Pyotr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst