Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eldar Namazov (23 dekabr 1956, Poylu, Ağstafa rayonu) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxil

Eldar Namazov

  • Ana Səhifə
  • Vikipediya
  • Eldar Namazov

Eldar Namazov (23 dekabr 1956, Poylu, Ağstafa rayonu) — Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) (1993–1999), 2001-ci ilin martından "Azərbaycan Naminə" İctimai Mərkəzinin prezidenti.

Eldar Namazov
Space TV-nin prezidenti
1997 – 2001
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıEtibar Babayev
Şəxsi məlumatlar
Doğum tarixi 23 dekabr 1956(1956-12-23) (69 yaş)
Doğum yeri
  • Poylu, Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafada anadan olmuşdur. 1974–1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişdir. 1981–1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. O, fəlsəfə elmləri doktoru və tarix elmlər namizədidir.

1985–1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir. Evlidir, bir oğlu var.

İctimai-siyasi fəaliyyəti

Eldar Namazov 1991-ci ilin fevral ayından 1993-cü ilin sentyabr ayınadək təsis etdiyi Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri olmuşdur.

Eldar Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.

Eldar Namazov 2001-ci ilin mart ayından "Azərbaycan Naminə" İctimai Forumunun prezidentidir.

Eldar Namazov 2021-ci ildən İctimai TV-də "Aydınlıq" analitik ictimai-siyasi müəllif proqramına aparıcılıq etməkdədir.

Mükafatları

Eldar Namazov 2 ABŞ şəhərinin fəxri vətəndaşı, 1 ABŞ şəhərinin fəxri meridir. Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı üçün — Məmmədəliyev Qızıl Medalına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eldar Namazov haqqında məlumat. Eldar Namazov nədir? Eldar Namazov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pafos

  • Fevral 27, 2026

    Qof

  • Fevral 25, 2026

    16 dekabr

  • Fevral 27, 2026

    Albit

  • Fevral 27, 2026

    Lagomorpha

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst