Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik və astronomdu

Leonard Eyler

  • Ana Səhifə
  • Vikipediya
  • Leonard Eyler

Leonard Eyler (alm. Leonhard Euler; 15 aprel, 1707, Bazel, İsveçrə — 18 sentyabr, 1783, Sankt-Peterburq, Rusiya) — isveçrəli riyaziyyatçı və fizik və astronomdur; milliyətcə isveçrəlidir. Rusiyada və Almaniyada işləmişdir. Riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və s. sahələrdə 800-dən artıq əsərin müəllifidir. Elmin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. XVIII əsrin ən əhəmiyyətli riyaziyyatçısı.

Leonard Eyler
Leonhard Euler
alm. Leonhard Euler‎
Doğum tarixi 15 aprel 1707
Doğum yeri Bazel, İsveçrə
Vəfat tarixi 18 sentyabr 1783 (76 yaşında)
Vəfat yeri Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
  • Smolensk lüteran qəbiristanlığı[d]
  • Lazarev qəbiristanlığı[d]
Elm sahələri riyazi analiz, ədədlər nəzəriyyəsi, gəmiqayırma, astronomiya, mexanika, ballistika, optika, riyaziyyat, Musiqi nəzəriyyəsi, Diferensial hesabı, qraf nəzəriyyəsi, fizika, məntiq
Elmi dərəcələri
  • magistr,
  • fəlsəfə doktoru
İş yerləri
  • Prussiya Elmlər Akademiyası[d],
  • Sankt-Peterburq Dövlət Universiteti,
  • Peterburq Elmlər Akademiyası (1727–1741),
  • Peterburq Elmlər Akademiyası (1766)
Təhsili
  • Bazel Universiteti (1720)
Elmi rəhbəri İohann Bernulli
Tanınmış yetirmələri Stepan Rumovski, Jozef Lui Laqranj
Üzvlüyü
  • Prussiya Elmlər Akademiyası[d] (1741),
  • İsveç Kral Elmlər Akademiyası,
  • Peterburq Elmlər Akademiyası (1730),
  • Fransa Elmlər Akademiyası (1755),
  • Amerika İncəsənət və Elmlər Akademiyası (1782),
  • London Kral Cəmiyyəti (1747),
  • Turin Elmlər Akademiyası[d] (1760)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eyler 15 aprel 1707-ci ildə İsveçrənin Bazel şəhərində Paul Eyler və Marqaret Brukerin ailəsində dünyaya gəlib. Az sonra Eylerlər Rien şəhərinə köçürlər.

Müəllimi dövrün qabaqcıl avropalı riyaziyyatçılardan İohann Bernulli olub. Eyni zamanda Euler ailəsinin yaxın dostu olan Bernoulli, oğlunun keşiş olmasını istəyən atanı razı edərək, L. Eulerin mükəmməl bir riyaziyyatçı olmasına imkan yaradıb.

13 yaşında olarkən Eyler Bazel Universitetinə daxil olur və 1723-cü ildə 16 yaşında Nyuton və Dekartın fəlsəfəsini müqayisə edən dissertasiyası ilə elmi dərəcəyə sahib olur.

17 may 1727-ci ildə Eyler Rusiya imperiyasının paytaxtı Sankt-Peterburq şəhərinə gəlir. Onun yaradıcılığı Peterburq EA ilə sıx bağlıdır. L. Eyler Akademiyanın bir çox sahələrinin fəaliyyətində yaxından iştirak etmiş, 1738–1740-cı illərdə "Hesaba rəhbərlik" dərsliyini yazmış, texniki ekspert işlərində, Rusiyanın xəritələrinin tərtibində iştirak etmişdir.

Leonard 1741-ci ildə Prusya Kralı Böyük Frederikin təklifini qəbul edərək Berlin Akademiyasına gəlib. Berlində 25 il yaşayan Euler bu müddətdə 380-dən çox məqalə yazıb. Böyük Katerinanın taxta keçməsindən sonra, 1766-cı ildə Rusiyaya gedən Euler burada bir çox faciə ilə qarşılaşıb. 1771-ci ildə meydana gələn yanğın hadisəsi bütün əmlakının məhv olmasına səbəb olub. Üç il sonra 40 illik həyat yoldaşı Katharinayı itirib.

L. Euler 17 sentyabr 1783-cü il tarixində alim Anders Johan Lexell ilə yeni kəşf edilən Uran planeti haqqında söhbət edərkən beyin qanaması keçirib və bir neçə saat sonra ölüb.

Fəaliyyəti

XVIII əsrin ən əhəmiyyətli və bütün dövrlərin aparıcı riyaziyyatçılarından biri hesab edilir. Ən məhsuldar riyaziyyatçılardan biri olaraq işlərinin ümumi həcmi 72 kitabdan ibatərtdir. O riyazi analiz, differensial coğrafiya, ədədlər nəzəriyyəsi, səma mexanikası, riyazi fizika, optika, ballistika, gəmiqayırma, musiqi nəzəriyyəsi və s. üzrə 865 orijinal əsərin müəllifidir.

Bu işləri sayəsində indi istifadə edilən müasir riyaziyyat terminologiyasının əsasını qoymuş, funksiya anlayışı və onun yazılışını təyin etmişdir. Misal olaraq, triqonometrik funksiyalar üçün sin (sinus) və cos (kosinus) təyin etmişdir.

Eyler fövqəladə işgüzarlığa malik olan adam idi. Onun tədqiqatları riyaziyyat, mexanika, elastiklik nəzəriyyəsi, riyazi fizika, optika, musiqi nəzəriyyəsi, Ayın hərəkəti, maşın nəzəriyyəsi, ballistika, dənizçilik elmi və s. sahələri əhatə edirdi. Məhz bu işgüzarlığın nəticəsində o artıq 19 yaşında gəmi təchizatına dair dissertasiya yazmış, 20 yaşında Peterburq EA-nın adyunku-kiçik elmi işçisi, 23 yaşında fizika kafedrasının professoru, 26 yaşında isə Peterburq EA-nın üzvü olmuşdur. L. Eyler 865 orijinal əsərin müəllifi olmuşdur ki, bunlar da 72 cild təşkil edir. Onun adı ilə bağlı bir çox riyazi termin və düsturlar vardır. Bunlara misal olaraq "Eyler bucaqları"nı, "Eyler düsturları"nı, "Eyler tənlikləri"ni, "Eyler funksiyası"nı və s. göstərmək olar. "Mexanika və ya analitik ifadə olunan hərəkət haqqında elm", "Analizə giriş", "Diferensial hesabı", "İnteqral hesabı", "Bərk cismin hərəkət nəzəriyyəsi" və s. əsərləri Eylerin gərgin əməyinin məhsuludur.

Eylerin mexanika üzrə əsərləri ona dünya şöhrəti bəxş etdi, 1736-cı ildə Paris EA Eylerə Daniil Bernulli və Maklorenlə birlikdə yazdığı əsərə görə yeni bir mükafat təqdim etdi. 1738-ci ildə isə Lozanna şəhərində Eylerin şah əsəri — 3 cilddən ibarət "Sonsuz kiçilənlərin təhlilinə giriş" nəşr olundu. Demək olar ki, indiki ali texniki məktəblərdə ali cəbr və riyazi təhlil üzrə nə keçilirsə, bunlar hamısı bu əsərin həcmindədir. Köniqsberq şəhərində yaşayarkən Eylerin həll etdiyi 7 körpü haqqında məsələ riyaziyyatın tam yeni bir sahəsinin-topologiyanın bünövrəsini qoydu. Eylerin əsərlərinin 60 %-i riyaziyyat üzrə yazılmışdır.

Həmçinin bax

  • Eyler düsturları
  • Eyler inteqralları
  • Eyler üsulu
  • Eyler diski
  • Eyler adına Beynəlxalq Riyaziyyat İnstitutu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Leonard Eyler haqqında məlumat. Leonard Eyler nədir? Leonard Eyler nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Anthoathecata

  • Fevral 27, 2026

    2009-cu il

  • Fevral 27, 2026

    Kosalar (Xocalı)

  • Fevral 27, 2026

    Radioaktiv şüalanma

  • Fevral 27, 2026

    Rafizilər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst