Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidro

Salisil aldehidi

  • Ana Səhifə
  • Vikipediya
  • Salisil aldehidi

Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir.

Salisil aldehidi
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu C7Н6O2
Fiziki xassələri
Molyar kütlə 122,12 q/mol
Sıxlıq 1,1674 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −7 °C
Qaynama nöqtəsi 196—197 °C
Alışma temperaturu 90 °C
Buxarın təzyiqi 0,075 kPa
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti p K a {\displaystyle pK_{a}} {\displaystyle pK_{a}} 8,37
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,574
Təsnifatı
CAS-da qeyd. nöm. 90-02-8
PubChem 6998
EINECS-də qeyd. nöm. 201-961-0
SMILES
 
  • C1=CC=C(C(=C1)C=O)O
InChI
 
  • InChI=1S/C7H6O2/c8-5-6-3-1-2-4-7(6)9/h1-5,9H
    SMQUZDBALVYZAC-UHFFFAOYSA-N
RTECS VN5250000
ChEBI 16008
ChemSpider 13863618
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Fiziki xassələri

Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1]. Dielektrik keçiriciliyi 17,09-dur.

Alınması

  • Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır.
схема реакции Раймера-Тимана
схема реакции Раймера-Тимана
  • Salisil turşusunun elektrolitik bərpası ilə;
  • O-krezolun POCl3 və ya fosgen ilə 120–150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə;
  • Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası);
  • Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır.
  • Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır.

Təbiətdə tapılması

Təbiətdə Spiraea ulmaria, Spiraea digitat efir yağlarının tərkibində rast gəlinir. Ayrıca, salisil aldehidi, qarabaşaq toxumunun qoxusunu təyin edən bir maddədir[2].

Kimyəvi xassələri

Salisil aldehidi aromatik aldehidlərin aid olduğu kimyəvi xassələrə malikdir: semikarbizon (ər.t. 2310C), fenilfidrazon (ər.t. 143°С) və oksim (ər.t. 570C) əmələ gətirir. Hidrazinlə suda həll olmayan salisilaldazin əmələ gətirir:

Natrium asetatın iştirakı ilə sirkə aldehidinin qarşılıqlı təsirindən kumarin əmələ gətirir:

Neytral mühitdə hidrogen peroksidlə salisil turşusu, qələvi mühitdə isə pirokatexin (Deykin reaksiyası) əmələ gətirir. Salisil aldehidi, həmçinin, qüvvətli turşu xassəsinə malikdir. Bu da onun tautomerliyi ilə, yəni aldehidin xinoid formasına çevrilməsi ilə izah olunur. Salisil aldehidinin xarakterik xüsusiyyəti onun metal ionları ilə rəngli komplekslərin əmələ gətirməsidir. Belə ki, FeCl3-ün suda məhlulu ilə bənövşəyi rəng, natrium-hidroksid ilə — UB şüaları ilə işıqlandırıldıqda mavi-yaşıl rəngli sarı rəng verir.

Tətbiqi

Salisil aldehidi üzvi sintezdə pirokatexinin, benzofuranın[3], salisaldehid iminlərin, 3-karbetoksikumarinlərin alınmasında istifadə olunur.

Texnikada kumarinin və bəzi boyalarin sintezində tətbiq olunur. O bir sıra oksigenli heterosiklik birləşmələrin sintezi üçün başlanğıc xammaldır. Salisil aldehidi aminlərlə xelat agentlər əmələ gətirir. Etilendiaminlə reaksiyasından salen liqandı alınır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salisil aldehidi haqqında məlumat. Salisil aldehidi nədir? Salisil aldehidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Türkmənçay müqaviləsi

  • Fevral 27, 2026

    Ferrara Universiteti

  • Fevral 27, 2026

    Konqratlar

  • Fevral 27, 2026

    Ravenna

  • Fevral 27, 2026

    Ballıca

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst