Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır.

Ballıca

  • Ana Səhifə
  • Vikipediya
  • Ballıca

Ballıca — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd.

Ballıca
39°52′10″ şm. e. 46°43′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Xocalı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Ballıca xəritədə
Ballıca
Ballıca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şuşa qəzası 1 yanvar 1903-ci illər xəritəsi.

Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır.

Mündəricat

Tarixi

Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olmuşdur. Sonralar başqa yerlərdən köçürülmüş ermənilər burada məskunlaşmışdılar.

1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub və o qondarma özünü “Dağlıq Qarabağ respublikası” adlandıran separatçı rejimin nəzarətində olmuşdu. Separatçı rejim tərifindən kənd Ayqestan adlandırılırdı. Bu müddət ərzində Ballıcada Ermənistan ordusunun silah anbarı qurulub.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Ballıca kəndinin əhalisinin faktiki sayı 1071 nəfər, qeydiyyatdakı əhalinin sayı 1091 nəfər təşkil edirdi.

İkinci Qarabağ müharibəsi zamanı 5 oktyabr 2020-ci ildə Ballıc kəndində yerləşən silah anbarı Azərbaycan ordusu tərəfindən məhv edilib.

İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ballıca kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.

19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. İşğaldan azad edildikdən sonra Ballıca kəndinə bir neçə köç prosesi olub. Hazırda kənddə 90 ailə yaşayır. Kənddə 137 ev bərpa olunub, 60-a yaxın ev isə bərpa edilir.

Ballıca çayı

Xocalı rayonunda çay. Qarqar çayının sol qoludur. Suvarma üçün istifadə olunur. Başlanğıcını Ballıca adlı yaylaqdan aldığına görə belə adlandırılmışdır. Yaylaq isə öz adını burada bitən ballıca (öfkəotu) bitkisinin adından almışdır.

Həmçinin bax

Vikianbarda Ballıca ilə əlaqəli mediafayllar var.
  • C-130 İran təyyarəsinin vurulması (1994)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ballıca haqqında məlumat. Ballıca nədir? Ballıca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yaqaylo

  • Fevral 24, 2026

    Kattegat

  • Fevral 25, 2026

    Misurata

  • Fevral 27, 2026

    Şarl-Mari Vidor

  • Fevral 27, 2026

    Əsl yexidnalar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst