Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Konqratlar, Kunqratlar, Unqiratlar, Kunqiratlar, Xonxiratlar, Xongiratlar, Xunqiratlar (mold. хонгирад, qaz. қоңырат) — monqol tayfası. Bu tayfanın törəmələri ə

Konqratlar

  • Ana Səhifə
  • Vikipediya
  • Konqratlar

Konqratlar, Kunqratlar, Unqiratlar, Kunqiratlar, Xonxiratlar, Xongiratlar, Xunqiratlar (mold. хонгирад, qaz. қоңырат) — monqol tayfası. Bu tayfanın törəmələri əsasən Mərkəzi Asiyada bir sıra monqol və türk xalqlarının etnogenezində iştirak etmişlər. Konqratların adı ilk dəfə 1129-cu ildə çəkilmişdir.

Konqratlar
Yuan imperatoru Ayurbavadanın konqrat soyundan olan həyat yoldaşı.
Özünüadlandırma
Хонгирад, Хонхирад
Dili

qədim monqol

İrqi
monqoloid
Dini

tenqriçilik, şamanizm

Daxildir
monqollar

Etimologiya

Monqolustan tarixçilərinə görə, onların adı "hun" (qu quşu) və "ard" (xalq) sözlərindəndir. Qu quşu monqol xalqlarının, məsələn, buryatların totemlərindən biridir. Bu tayfanın adı ilk dəfə "Monqolların məxfi tarixi"nin 61-ci bəndində "onqirad" şəklində keçmişdir. "Xonqirat" etnonimi "xonqodor" ilə ortaq mənşəyə malikdir. G. R. Qaldanova xonqodor etnonimi ilə "-rat" və "-dor" dəyişikliyinin mümkünlüyünü nəzərə alaraq orta əsr Xunqiratı ilə eyniləşdirir. Daha sonra Ə. Anqarxayev, Ş. R. Tsıdenjapov bu etnonimin xon (xonq) və arad sözlərindən formalaşması, xonqodorun sadələşdirilmiş variantı olması ehtimalına işarə etmişdir. S. P. Baldayev hesab edirdi ki, etnonim xon – "nəcib quş", qudor – "nəcib quş fırıldaqçıları" sözlərindən yaranmışdır. D. S. Duqarova görə, etnonim türkcə xun/xon (kun) – "günəş" və xuba – "qu quşu" sözlərinədn yaranmışdır, əvvəllər "güclü hunların qırıqları"na aid edilirdi. Ş. R. Tsıdenjapov bu etnonimin hunlar dövründə "hun" totem qu quşundan törədiyini təklif etmişdir. Müasir fonetik tərtibat isə "hun" sözündən formalaşmışdır.

Özbək tədqiqatçıları "kunqırat" sözünün "kunqır" və "ot" sözlərinin birləşməsindən gəldiyinə inanırlar. X. Daniyarov yazmışdır ki, bəzi məlumatlara əsasən, bu söz əslində monqol dilindədir və "korakarqa" (qara qarğa) deməkdir.

B. Z. Nanzatov monqolca xongor sözü ilə qədim türkcə qoŋur sözü müqayisə edir. Onun nəzəriyyəsinə görə , Xongirat, Xonqodor, Konyrat etnonimləri türk-monqolca Xonqor ~ qoŋur terminindən olub, heyvanın rəngini, yəni qırmızımtıl, şabalıdı, qəhvəyi, qəhvəyi, tan, açıq qırmızı . Həmçinin, xalq etimologiyasının başqa bir versiyası, tayfa adının türk dilindən tərcümədə "qəhvəyi at" mənasını verən "Konyr" və "at" sözlərindən gəldiyi versiyadır.

Ayudayn Oçirin fikrincə, etnonim qarğa toteminin adından yaranmışdır. Monqollar iri qarğa növlərindən "xon xeree" deyirlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Konqratlar haqqında məlumat. Konqratlar nədir? Konqratlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Macar dili

  • Fevral 27, 2026

    Kəbirli

  • Fevral 27, 2026

    Spiritualizm

  • Fevral 24, 2026

    Fizik

  • Fevral 27, 2026

    E.ə. 145

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst