Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan

Aşağı Aybasanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Aybasanlı

Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Aşağı Aybasanlı
39°33′ şm. e. 47°15′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Aşağı Aybasanlı xəritədə
Aşağı Aybasanlı
Aşağı Aybasanlı
Aşağı Aybasanlı xəritədə
Aşağı Aybasanlı
Aşağı Aybasanlı

Mündəricat

Tarixi

Hacılı camaatı Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu cammatdan xeyli tanınmış şəxs çıxıb.

1823-cü ilə bağlı rus qaynağında Hacılı icmasına bağlı olan obalardan biri olan Aybasanlı, eləcə də Seyidəhmədli, Qorqan, Şükürbəyli Mirzəcamallı, Gecəgözlü, Ələsgərli obalarına aid ayrıca bilgi yoxdur. Olan bilgilər yalnız Hacılı icması haqqındadır. Sonrakı 1842, 1849, 1863, 1873, 1886-cı illərdəki Aybasanlıi obasına aid olan bilgilərdə də onun Aşağı və ya Yuxarı olduğu göstərilmir. Həmin vaxtlar hər iki kənd bir yerdə – Aşağı Aybasanlının yerləşdiyi ərazidə imiş. Sonralar rayon mərkəzinə yaxın olmaq üçün bir çox ailələr ora köçmüş, orada məskunlaşmış və beləliklə də Yuxarı Aybasanlı kəndi yaranmışdır. Təsadüfü deyildir ki, indinin özündə də hər iki kəndən olan çox yaxın qohumlar vardır.

Aybasanlı obası Hacılı camaatına aid olan şenliklərdəndir. XVIII yüzildə Cavanşir elinin Yağləvənd, Gecəgözlü, Seyidəhmədli oymaqlarına bağlı olan ailələr tərəfindən təşkil olunub. Aybasanlı obası 1823-cü ildə Hacılı camaatının tərkibində qeyd olunub.1842-ci ildə 15 tüstüdən ibarət idi. 1848-ci ildə bu obada 19 tüstü yaşayırdı. 1863-cü ildə yaylağa 21 tüstüdən ibarət bir oba getmişdi. 1873-cü ildə qışlaqda 23 tüstü əyləşmişdi. 1886-cı ildə oba 27 tüstü ilə qeyd olunmuşdu.

1993-cü ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Təxminən 200–250 evdən ibarət idi.

Toponimikası

Bəzi mənbələrdə Ayıbasan kimi də verilir. Oykonim ayı (heyvan adı), basan (yenən, qalib gələn, məğlub edən) və -lı (şək.) komponentlərindən düzəlib. 1980-ci ilə qədər Ermənistanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırmışlar. Yəqin ki, Ayıbasanlı kəndində məskunlaşmış əhali Ermənistandan köçüb gəlmişdir. Ayıbasan "ayını məğlub edən" və ya "ayının çox olduğu yer" deməkdir. Ayıbasanlı isə "Ayıbasan kəndindən gələnlər" mənasına uyğundur. Hal-hazırda Ayıbasanlı kəndi Yuxarı və Aşağı Ayıbasanlı adı ilə iki kəndə ayrılmışdır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Aybasanlı haqqında məlumat. Aşağı Aybasanlı nədir? Aşağı Aybasanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saqrada Familia

  • Fevral 27, 2026

    Çin mədəniyyəti

  • Fevral 27, 2026

    Huk qanunu

  • Fevral 27, 2026

    Ursus minimus

  • Fevral 27, 2026

    Böyük Kir

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst