Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018, Bakı) — Azərbaycan teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənə

Fuad Poladov

  • Ana Səhifə
  • Vikipediya
  • Fuad Poladov

Fuad Ağarəhim oğlu Poladov (24 may 1948, Bakı – 4 may 2018, Bakı) — Azərbaycan teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti (1987).

Fuad Poladov
Doğum tarixi 24 may 1948(1948-05-24)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 4 may 2018(2018-05-04) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1966-cı ildən
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19871987 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982
IMDb ID1077681, ID3890043
rusdrama-az.com/poladov.…

Mündəricat

Həyatı

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967–1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmiş və 4 may 2018-ci ildə vəfat etmişdir. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987
  • "Teatr Xadimi" qızıl medalı — 2004
  • "Qızıl Dərviş" mükafatı — 2007
  • "Aktrisa" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatı — 2015
  • Cəfər Cabbarlı mükafatı — 23 may 2016

Teatr səhnəsindəki rolları

Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar

  • Ferdinand — "Məkr və məhəbbət"(Fridrix Şiller)
  • Fərhad — "Məhəbbət əfsanəsi", (Nazim Hikmət)
  • Nizami — "Qılınc və qələm" (Məmməd Səid Ordubadi)
  • Baron — "Həyatın dibində", (Maksim Qorki)
  • Rauf — "Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov)
  • Mirzə Səfi – "Mirzə Şəfi" (Nəbi Xəzri)
  • Rəhman, Valeh, Salavan, Qədim, Mübarək, Həsənzadə, Səltənə — ("Mahnı dağlarda qaldı","Məhv olunmuş gündəliklər","Qəribə oğlan", "Büllur sarayda","Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev)
  • Hamlet,Benedikt-("Heç nədən səs-küy","Hamlet" (Uilyam Şekspir)
  • Şahbaz bəy — "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə),
  • Zaur — "Təhminə və Zaur" (Anar Rzayev
  • Şöklü Məlik — "Torpağa sancılan qılınc", (Nəbi Xəzri)
  • Çığatay — "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə)
  • Avtandil — "Darıxma ana", (Nodar Dumbadze)
  • Şah Qacar — "Şah Qacar", (Əli Əmirli)
  • Müsyo İbrahim -"Müsyo İbrahim və Quran çiçəyi", (Erik-Emmanuel Şmitt)

Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar

  • Erve Monten — "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan)
  • Daniel — "Tənha kişi üçün tələ" (R. Tom)
  • Pavel Trunnikov — "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski)
  • Lopaxin — "Albalı bağı" (A.P. Çexov)
  • Yuliy Sezar — "Kölgələrin oyunu" (Y. Edlis)
  • Stefan — "Qara dəlik" (Q. Stefanovski)
  • İblis — "İblis" (H.Cavid)
  • Sankiti Oba — "Aramızdakı kabuslar" (K.Abe)
  • Eddi Karbone — "Eddi Karbone" (Körpüdən görünən mənzərə) (A. Miller)
  • Stefan — " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare)
  • Svetlovidov — "Ququşu mahnısı" (A.P. Çexov)
  • Lord Avqust — "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou)
  • Floran — "Müqəddəs bədheybətlər" (J.Kokto)
  • Eduard Polumb — "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon)
  • Həkim Korniş — "Əlçatmaz qadın" (S.Moema)
  • Napaleon 1 — "Napaleon 1" (F.Brukner)
  • Kardinal Vulsi — "Şah oyunları". (Q.Qorin)
  • Həkim Dorn — "Qağayı" (A.P.Çexov)
  • Herman Lyuis — "Qarışıq hisslər" (R.Baer)
  • Didr — "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)…

Filmoqrafiya

  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Nazim
  2. Ağasadıq Gəraybəyli (film, 1974)
  3. Axırıncı dayanacaq (film, 2014) - rol: Davud
  4. Ailə (film) (tammetrajlı bədii film) — rol: mafiya başçısı
  5. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Vaqif Fətəliyev
  6. Alov (film, 1979) (tammetrajlı televiziya tamaşası) - rol: Əmin Bəxtiyarov
  7. Arxada qalmış gələcək (film, 2004) - rol: Malik
  8. Atayevlər ailəsi (film, 1978) - rol: Şahsuvarov
  9. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) - rol: Məcid
  10. Cəza (film, 1996)
  11. Dede Korkut hikayeleri (film)
  12. Dərvişin qeydləri (film, 2013) - rol: İsgəndər xan
  13. Dolu (film, 2012) - rol: Katib
  14. Etimad telefonu (film, 2001) - rol: Fuad
  15. Əlavə təsir (film, 2010) - film səsləndirən: Nazim Şeydayev (Əbdül Mahmudov )
  16. Əlvida, cənub şəhəri (film, 2006) - rol: Fariz
  17. Ən vacib müsahibə (film, 1971) - rol: Bacıoğlu
  18. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  19. Fatehlərin divanı - rol: Əmir Teymur
  20. Güllələnmə təxirə salınır!... (film, 2002) - rol: Xan
  21. Günaydın, mələyim! (film, 2008) - rol: Fuad
  22. Hacı Qara (film, 2002) - rol: Pristav
  23. Həqiqətin özü (film, 2008) - Mətni oxuyan
  24. Həyat çiçəyi (teleserial, 2013)
  25. Hökmdarın taleyi (film, 2008) - Tərcüməni səsləndirən
  26. İmtahan (film, 1987) - rol: Şamxal
  27. İşarəni dənizdən gözləyin (film, 1986) - rol: Komandan
  28. İstintaq davam edir (film, 1966) - rol: Səlim
  29. Köpək (film, 1994)
  30. Küçələrə su səpmişəm (film, 2004) - rol: Xəlil
  31. Qara "Volqa" (film, 1994) - rol: Səlimzadə
  32. Qayınana (film, 1978) - rol: Ayaz
  33. Qırmızı qatar (film, 1993) - rol: Laber
  34. Qırmızı terror və ya Mircəfər Bağırov (film, 1999)
  35. Mən evə qayıdıram (film, 2014) - rol: müstəntiq Səlimov
  36. Ovsunçu (film, 2002) - rol: Aslan
  37. Ömür və tale (film, 1998)
  38. Rus tərcüməsi (teleserial) — rol: Əbdu Salih (Rusiya)
  39. Salur Qazanın evi talandığı boy (film, 2001) - rol: Qıpçaq Məlik
  40. Tərsinə çevrilən dünya (film, 2011) - rol: Qasım Cəfərov
  41. Təsadüfi görüş (film, 1999) - rol: Murad
  42. Üçüncü zəng (film, 2006)
  43. Ümid (film, 1995) - rol: Cəbhə hərbi həkimi
  44. Vahimə (film, 1998) - rol: musiqiçi
  45. Nazlı (film, 2017) - rol: Aslan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fuad Poladov haqqında məlumat. Fuad Poladov nədir? Fuad Poladov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kərkük mühafazası

  • Fevral 27, 2026

    SARS-CoV-2

  • Fevral 27, 2026

    Samsun ili

  • Fevral 27, 2026

    Soyqırımı

  • Fevral 27, 2026

    Quruçay mədəniyyəti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst