Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi

Saqrada Familia

  • Ana Səhifə
  • Vikipediya
  • Saqrada Familia

Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi

Müqəddəs Ailə kilsəsi
kat. Temple Expiatori de la Sagrada Família
isp. Templo Expiatorio de la Sagrada Familia
Ölkə  İspaniya
Şəhər Barselona
Yerləşir Kataloniya
Aidiyyəti Roma-Katolik kilsəsinin Barselona arxidiosezi
Memar Antonio Qaudi
Tikilmə tarixi 1882—bu günə kimi
Üslubu neoqotika və modern
Hündürlüyü 172,5 m
Uzunluğu 90 m (300 ft)
Eni 60 m (200 ft), nefin eni:45 m (150 ft)
Qüllələri 18 (8-i artıq tikilib)
Material daş[d], beton, ağac, şüşə
Vəziyyəti inşa olunur
Rəsmi sayt sagradafamilia.org
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyai,ii,v
Təyin edilib1984
İstinad nöm.320
Dövlətİspaniya
RegionAvropa
İspaniyanın qeydiyyata alınmış tarixi abidələri
İstinad nöm.(R.I.)-51-0003813-00000
Kataloniyanın qeydiyyata alınmış tarixi abidələri
İstinad nöm.57
41°24′13″ şm. e. 2°10′27″ ş. u.HGYO
Xəritə
Müqəddəs Ailə kilsəsi (Barselona)
Nöqtə
Müqəddəs Ailə kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir.

1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.

İnşası

1892-ci ildə Qaudi Mövlud fasadı üzərində işə başlamışdır. 1910-cu ildə gələcəkdə inşa olunacaq mərkəzi fasadın yerində müvəqqəti kilsə məktəbinin binası tikilmişdir. Bu tikili nadir konstruksiyaya malikdir.

1911-ci ildə memar İsa peyğəmbərin edamından bəhs edən fasadın planını hazırlamışdır. Lakin onun tikintisinə yalnız Qaudinin ölümündən sonra başlanılmışdır. 1925-ci ildə isə 100 metrlik zəng qülləsi inşa edilmişdir. Bu, dahi memarın yaşadığı müddətdə inşa edilmiş yeganə zəng qülləsi olmuşdur.

Qaudinin ölümündən sonra inşaata onun tələbəsi Domenek Suqranes rəhbərlik etmişdir. O, üç yeni zəng qülləsi tikmiş, habelə bir sıra yeni layihələr də tərtib etmişdir. Məbədin inşasına İspaniyada baş vermiş vətəndaş müharibəsi maneçilik törətmişdir. Müharibə zamanı şəhərdə yanğın baş vermiş, nəticədə, məbədin planlarının əksəriyyəti məhv olmuşdur.

Kilsənin maketi

Məbədin tikintisi XX əsr boyu davam etmiş, bu dövrdə bir sıra tikililər başa çatdırılmış, o cümlədən İsanın (ə) edamına həsr edilmiş fasadın inşası sona yetmişdir. Planlara əsasən, yaxın illərdə iki qüllə inşa edilməli, 170 metr hündürlüyündəki qüllələrdən birinin üzərinə nəhəng xaç yerləşdirilməlidir. Bunlardan əlavə, daha dörd qüllə də ucaldılacaqdır. Layihəyə əsasən, məbədin inşası 2035-ci ildə tamamilə başa çatdırılacaqdır.

Quruluşu

Kilsənin fasadı

Məbəd beşnefli abidədir. Son layihəyə əsasən, kilsənin on səkkiz qülləsi olmalıdır. Bu qüllələrin on ikisi həvarilərə həsr edilmişdir. Hündürlükləri 110 metrədək olacaqdır. Qalan dörd 120 metrlik qüllə İncil müəlliflərinə həsr edilmişdir. Onlar Həzrət İsanın (ə) adını daşıyan ən hündür və ondan bir qədər alçaq olan Həzrət Məryəm qülləsinin ətrafında ucalmışdır. İncil müəlliflərinin qüllələri, onların simvolları olan heykəllərlə (Matvey-mələk, Luka-buzov, Mark-şir, Yəhya-qartal) bəzədiləcəkdir. Həzrət İsanın (ə) qülləsi nəhəng xaçla tamamlanacaqdır. Memar Qaudinin planına əsasən, kilsə Barselona yaxınlarındakı Monjuik dağından alçaqda olmalıdır. Digər qüllələr isə Yevxaristiyanın simvolu sayılan sünbül və üzüm tənəyinin heykəlləri ilə bəzədiləcəkdir.

Qaudinin sağlığında inşa edilmiş Mövlud fasadı Xristianlığın üç əsasını: iman, ümid və mərhəməti xatırladan üç portaldan ibarətdir. Bu portallar Həzrət İsanın (ə) həyat səhnələrini canlandıran müxtəlif heykəllərlə bəzədilmişdir. Məsələn, ümid portalında "Həzrət Məryəm və Yusifin nişanlanması", "Misirə qaçış", iman portalında "Yelizavetanın Həzrət Məryəmlə görüşü", "Həzrət İsa fariseylərin əhatəsində", "Qüds məbədinə giriş", "Həzrət İsa dülgər emalatxanasında çalışarkən", digər portalda isə "İsanın (ə) doğulması", "Sehrbazlar və çobanların iman gətirməsi", onlardan aşağıda isə Həzrət İsanın dünyaya gəlişini elan edən mələklərin şeypur çalması mövzularında heykəllər ucaldılmışdır.

Qum təpələrinə bənzəyən zəng qüllələrinin hərəsi bir həvariyə həsr edilmişdir. Onların heykəlləri bu qüllələrdə ucaldılmışdır. Qaudi bu qüllələrin yuxarı hissəsində zəngləri yerləşdirməyi nəzərdə tutmuşdu. Hər qüllədə yuxarıdan aşağıya doğru latın dilində "Allaha həmd olsun" (Hosanna Excelsis) sözü yazılmışdır. Burada habelə üzərində yepiskopluq simvolları üzük, mitra , əsa və xaç təsvir olan şpillər ucalır. Kilsənin bir çox yerində Bibliya mətnlərindən istifadə edilmişdir, məsələn, Həzrət İsanın edamına həsr edilmiş fasadın qapısında bir Bibliya mətni bir çox dildə, o cümlədən də katalan dilində həkk edilmişdir.

Qaudi hələ öz sağlığında məbədin daxili hissələrinə dair planlar hazırlamışdır. Məhz onun layihəsinə əsasən, kilsənin daxilində düz xətlərə deyil, hiperboloid, ellipsoid, paraboloid kimi həndəsi fiqurlara üstünlük verilmişdir. Bu fiqurlar ilk dəfə təqribən Qaudinin həyatının sonlarına doğru peyda olmağa başlamışdır. Memar sütunları düz deyil, müəyyən əyilmiş variantda inşa etməyi nəzərdə tutmuşdur.

İnteryerin ən əsas detallarından biri uca sütunlardır. Onlar qübbənin əsas ağırlığını özündə daşıyır. Qaudinin memarlıq yeniliklərindən biri də həmin sütunların qübbəyə yaxınlaşdıqca "parçalanması" olmuşdur. Bu novator düşüncə qübbənin ağırlığını daşımaq zərurətindən doğmuşdur. Bundan başqa, məbədin daxilində xeyli sayda rəngbərəng şüşələrdən hazırlanmış vitrajlar da mövcuddur.

Maraqlı faktlar

Bir maraqlı faktı da qeyd edək, 2008-ci ildə İspaniyanın 400-dən çox məşhur ziyalısı məbədin inşasının əleyhinə çıxmışlar. Onların fikrincə, tikinti prosesi zamanı Qaudinin düşüncələrinə zidd olaraq bir çox dəyişikliklər baş verməkdədir. Lakin məlum olmuşdur ki, bütün bunlar turistlərin marağını cəlb etmək üçün təşkil edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saqrada Familia haqqında məlumat. Saqrada Familia nədir? Saqrada Familia nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kiev

  • Fevral 27, 2026

    Təsirsiz qazlar

  • Fevral 26, 2026

    Qərb küləkləri

  • Fevral 27, 2026

    Nərgizava

  • Fevral 27, 2026

    E.ə. 714

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst