Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[…] – 13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərək

Memar Kəmaləddin

  • Ana Səhifə
  • Vikipediya
  • Memar Kəmaləddin

Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[…] – 13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri.

Memar Kəmaləddin
türk. Ahmed Kemaleddin
Memar Əhməd Kəmaləddin
Memar Əhməd Kəmaləddin
Şəxsi məlumatlar
Doğum tarixi 1870(1870)[…]
Vəfat tarixi 13 iyul 1927(1927-07-13) (56–57 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vətəndaşlığı
  •  Osmanlı imperiyası
  •  Türkiyə
Təhsili
  • İstanbul Texniki Universiteti,
  • Berlin Texniki Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Memar Kəmaləddinin heykəli, İzmir
Memar Kəmaləddinin məzarı, Bəyazid məscidi qəbristanlığı, İstanbul

Əhməd Kəmaləddin 1870-ci ildə İstanbulun Acıbadəm səmtində orta gəlirli bir ailənin tək övladı olaraq dünyaya gəlib. Atası Dəniz Donanması miralaylarından Əli bəy, anası isə Sadbərk xanım idi. O, ibtidai təhsilini 1875-ci ildə İbrahim Ağa İbtidai məktəbində alıb. Orta təhsilini isə 1881-ci ildə atasının tutduğu vəzifəsi ilə əlaqədar olaraq yaşadıqları Kritdə davam etdirib. Bir müddət sonra ailəsi ilə birlikdə İstanbula qayıdan Kəmaləddin bəy orta təhsilini Numune-i Terakkidə (İstanbul Oğlan liseyi) tamamladı. Mühəndisliyə marağı olan Kəmaləddin bəy 1887-ci ildə 17 yaşında Hendese-i Mülkiye məktəbinə (İstanbul Texniki Universiteti) daxil oldu.

Təhsili

1891-ci ildə mühəndislik təhsilini başa vurduqdan sonra həmin məktəbdə dərs deyən alman akademik Yaxmundun assistanı təyin edildi. Dörd il assistanlıq edən Kəmaləddin, məktəbdən kənarda da şəxsi ofisini açıb ilk işlərinin dizaynına başladı. 1895-ci ildə o, memarlıq təhsilini təkmilləşdirmək üçün müəllimi Yaxmundun dəstəyi və dövlət təqaüdü ilə Almaniyaya göndərildi və iki il Berlində Charlottenburg Teknische Hochschule (indiki Berlin Texniki Universiteti) məktəbində təhsil aldı. Daha sonra iki il yarım müxtəlif memarlıq idarələrində çalışaraq təcrübə qazanan Kəmaləddin bəy, 1900-cü ildə İstanbula qayıtdı və yenidən müəllimlik etməyə başladı. Müəllimi Auqust Yaxmund Türkiyədən getdikdən sonra onun memarlıq dərslərini davam etdirdi.

Əmək fəaliyyəti

O, 1908-ci ildə Türkiyədə bu istiqamətdə "Osmanlı Memar və Mühəndislər Cəmiyyəti"ni təsis etdi. 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsi ilə İttihad və Tərəqqi Partiyasının üzvü Xəlil Xammadə Paşa Vəqflər naziri, Kəmaləddin bəy də yeni yaradılmış Tikinti-Təmir Müdirliyinə təyin olundu. O, "Şarq Dəmir Yolları Şirkəti" üçün dörd dəmiryolu vağzalı stansiyasının layihəsini hazırlamışdı. Bu şirkət üçün ilk olaraq Plovdiv Dəmiryolu vağzalı stansiyasını layihələndirən memara, uğurlu işinə görə Selanik və Ədirnə Dəmiryolu vağzallarını layihələndirmək vəzifəsi də ona həvalə edilmişdi. Ədirnə Dəmiryolu vağzalı ümumiyyətlə 1914-cü ildə tamamlandı. 1908-ci ildə tikintisinə başlanılan Ədirnə Ticarət liseyinin layihələndirilməsi də ona tapşırılmışdı. Memar tərəfindən Sofiya Dəmiryolu vağzalının layihələndirilməsi İkinci Məşrutiyyətdən əvvəl gerçəkləşib.

O, tarixi binaların bərpası və yeni tikililərin layihələndirilməsi ilə maraqlandığı bu dövrdə Osmanlı memarlığını ətraflı araşdırmış, özünəməxsus memarlıq üslubunu formalaşdırmış, milli memarlıq haqqında düşüncələrini inkişaf etdirmişdir.

1910-cu illərin əvvəllərindən ölümünə qədər istər Türkiyədə, xüsusilə İstanbulda, istərsə də xaricdə yeni memarlıq əsərləri ərsəyə gətirmiş, tədqiqat işləri aparmışdır. Əl-Əqsa məscidinin restavrasiyasından ötrü Qüdsdə olan Kəmaləddin bəy Türkiyəyə qayıtdıqdan sonra bütün diqqətini Ankarada qurulan yeni tikililərə cəmləyib.

Ölümü

Memar Kəmaləddin 1927-ci il iyulun 13-də Ankarada beyin qanamasından vəfat edib. Bəyazid məscidi qəbiristanlığında dəfn olunan Kəmaləddin bəyin məzarı 2007-ci ildə yenidən bərpa edilərək xatirə abidəsi əlavə edildi.

Onun qeydləri, o cümlədən memarlıq sənəti ilə bağlı düşüncələri İlhan Təkəli tərəfindən 1997-ci ildə "Memar Kəmaləddinin yazıları" adlı kitab şəklində nəşr edilib. Memar Kəmaləddin bəstəkar İlhan Memaroğlunun atasıdır.

Memar Kəmaləddin bəy XVI əsrdə yaşamış və çox güman ki, Bəyazid məscidinin memarlarından biri olan həmkarı Kəmaləddinlə səhv salınmamalıdır.

Əsərləri

  • Əhməd Cavad Paşa türbəsi
  • Əli Rza Paşa türbəsi
  • Ankara Evkaf Mənzil tikintisi (O, tikinti zamanı vəfat edib)
  • Bandırma Heydər Çavuş məscidinin yenidən qurulması
  • Bebek məscidinin tikintisi
  • Bostancı məscidinin tikintisi
  • Çamlıca Qız liseyi inşaatı
  • Çapa Fən liseyi binasının inşaatı
  • Ədirnə Dəmiryolu vağzalı binası
  • Köhnə Çuxurcümə Xanı, indiki Corinne oteli (1911)
  • Eyüb Anadolu liseyinin inşaatı
  • Fəthiyə məscidi Qoca Sənan Paşa mədrəsəsinin bərpası
Plovdiv Dəmiryolu vağzalı binası
  • Plovdiv Dəmiryolu vağzalı binası
  • Qazi Təhsil fakültəsi binası inşaatı
  • Qazi Osman Paşa türbəsi
  • Qazi Universiteti rektorluq Bbinası inşaatı
  • Hüsnü Paşa türbəsi
  • İstanbul Birinci, İkinci, Üçüncü ve Dördüncü Vakıf Hanları inşaatı
  • İstanbul Universiteti Ədəbiyyat fakultəsi Kitabxanası
  • Kamər xatun məscidi, Bəyoğlu
  • Qüds Əl-Əqsa məscidi bərpa layihəsinin planlaşdırılması (1922–1926)
  • Mahmud Şövkət Paşa türbəsi
  • Rəşadiyə məktəbinin (indiki Əyyubsultan orta məktəbi) tikintisi
  • Şəmsipaşa İbtidai məktəbinin tikintisi
  • Təyyarə mənzilləri, Laləli
  • Türkiyə Dövlət Dəmir Yolları Müdirliyi binası
  • Sultan Rəşad türbəsi
  • Vədat Tək tərəfindən başlanan Ankara sarayı layihəsinin son variantının tamamlanması
  • Yaşılköy Məcidiyə məscidi

İrsi

20 ₺ əskinası üzərində Memar Kəmaləddinin portreti və onun tikdirdiyi Qazi Universiteti Rektorluq Binası

2009-cu il yanvarın 1-dən tədavüldə olan 20 ₺ əskinasın arxa tərəfində Memar Kəmaləddinin portreti və onun əsas əsərlərindən biri olan Qazi Universiteti Rektorluq Binasının rəsmi var.

Onun həyatı və Ankara sarayının tikintisi prosesi "Ankara sarayının nərdivanları (2023)" adlı romanın mövzusu olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Memar Kəmaləddin haqqında məlumat. Memar Kəmaləddin nədir? Memar Kəmaləddin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fövqəltəbii (teleserial)

  • Fevral 23, 2026

    I Aleksey

  • Fevral 27, 2026

    Luis Abinader

  • Fevral 27, 2026

    Mais Bərxudarov

  • Fevral 23, 2026

    Mezozoy

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst