Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Transdanubiya (mac. Dunántúl, alm. Transdanubien‎, pol. Transdanubia, xorv. Prekodunavlje) və ya Zadunavlje (slovak. Zadunajsko) — Macarıstanda yerləşən tarixi

Transdanubiya

  • Ana Səhifə
  • Vikipediya
  • Transdanubiya

Transdanubiya (mac. Dunántúl, alm. Transdanubien‎, pol. Transdanubia, xorv. Prekodunavlje) və ya Zadunavlje (slovak. Zadunajsko) — Macarıstanda yerləşən tarixi region. Transdunaya bəzən Vyananın 21 və 22-ci bölgələri kimi də istinad edirlər.

Mündəricat

İnzibati-ərazi bölgüsü

Ərazi dəyişiklikləri

Macarıstanın regionları. Transdunay, Burqenland, Prekmurye və Medjimurska regionları sırasıyla qırmızı, narıncı və bənövşəyi rəngdə göstərilmişdir.

Bölgənin şimal, şərq və cənub sərhədlərinin Dunay və Drava çayları ilə əhatə olunsa da, qərb sərhədi Macarıstanın siyasi sərhədləri ilə eynidir, buna görə də 20-ci əsrdə ölkədə baş verən ərazi dəyişiklikləri qərb sərhədinə də təsir göstərmişdi. 1920-ci ildə Trianon sülh müqaviləsindən əvvəl Burqenland, Prekmurye və Medjimurska bölgələri Transdunayın tərkibinə daxil idi. 1947-ci ildə Paris Sülh müqaviləsindən əvvəl Rusovçe, Yarovçe və Çunovo kəndləri də Transdunayın tərkib hissəsində idi. Transdunay Macarıstanın coğrafi konsepsiyasıdır və bu ərazilər qonşu ölkələrin ərazilərinə birləşdirildikdən sonra Transdunaydan ayrılmışdır.

Avropa regionları

Transdunay Avropa İttifaqına daxil olan NUTS ərazi vahididir və Mərkəzi Transdunay, Qərbi Transdunay və Cənubi Transdunaydan təşkil edilmişdir. Peşt əyaləti və Budapeşt Mərkəzi Macarıstan regionuna daxildir. Sahəsi 37,000 km² və əhalisi isə 3.1 milyon nəfərdir.

Coğrafiyası

Regionun sahəsi 38,000 km²dir və demək olar ki, Macarıstanın bütün ərazisinin yarısını təşkil edir.

Tarixi

Tarixən Moşon, Dyör, Şopron, Vaş,Vesprem, Feyer, Komarom, Esterqom, Somoqi, Tolna və Baranya Transdunayın əyalətləri olmuşlar. Onlar 18-ci əsrin əvvəllərindən Transdunayın regionları (Districtus Trans-Danubianus) adlanırdılar. I Stefan tərəfindən müəyylənləşən bu əyalətlərin sərhədləri 900 il dəyişilməz qaldı.

Qalereya

  • Macarıstanın Baranya əyalətində yerləşən təpələr
    Macarıstanın Baranya əyalətində yerləşən təpələr
  • Kiçik sənaye şəhəri olan Doroq
    Kiçik sənaye şəhəri olan Doroq

Həmçinin bax

  • Macarıstan coğrafiyası
  • Transdunay dağları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Transdanubiya haqqında məlumat. Transdanubiya nədir? Transdanubiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Top göyərtəsi

  • Fevral 27, 2026

    Daşoğuz

  • Fevral 27, 2026

    Daniel Rikiardo

  • Fevral 27, 2026

    Xılxına

  • Fevral 23, 2026

    Cənub

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst