Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix

Əfətli

  • Ana Səhifə
  • Vikipediya
  • Əfətli

Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.

Əfətli
40°01′29″ şm. e. 47°06′43″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Əfətli bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 207 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ0217
Nəqliyyat kodu 02
Digər
İƏV statistik kodu 60903018
İƏD statistik kodu 60903005
Xəritəni göstər/gizlə
Əfətli xəritədə
Əfətli
Əfətli

Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir.

Mündəricat

Toponomik izahı

Qədim türkmənşəli Avest tayfasının adındandır.

Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.

Tarixi

Rusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.

1926-cı ilə aid Azərbaycan SSR inzibati ərazi bölgüsündə Əfətli kəndi Azərbaycan SSR Ağdam qəzasının Qarqar dairəsinə aid edilib. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.

1929-cu il inzibari ərazi islahatı nəticəsində kənd Azərbaycan SSR Ağdam rayonunun Məşədilər Kənd Deputatları Şurasının (Sovetliyinin) ərazisinə aid edilib.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30.06.1954-cü il tarixli Qərarı ilə Ağdam rayonunun Məşədilər kəndinin adı dəyişdirilərək tarixi "Əfətli kəndi" adı qaytarılmışdır.

1961 - 1977-ci il siyahıyaalmsı zamanı Əfətli kəndi Ağdam rayonunun Əfətli kənd deputatları Sovetliyinin ərazisi kimi göstərilib.

07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən Kənd ərazisində Ağdam rayonunun Əfətli bələdiyyəsi təşkil edilmişdir.

Birinci Qarabağ Müharibəsindən sonra Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında müdafiə olunmuşdur.

2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur, bütün hallarda düşmən cavab atəşilə susdurulurdu.

Həmçinin bax

  • Ağdam rayonunun Əfətli bələdiyyəsi
  • Ağdam rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əfətli haqqında məlumat. Əfətli nədir? Əfətli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Kleptokratiya

  • Fevral 23, 2026

    Ayven Sazerlend

  • Fevral 27, 2026

    Sonsuzluq (biologiya)

  • Fevral 27, 2026

    Çin-Tibet dilləri

  • Fevral 27, 2026

    Laptevlər dənizi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst