Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qrampian dağları (ing. Grampian Mountains şot.kelt Am Monadh) — Şotlandiyanın şimal-şərqində yerləşən dağ sistemi. Qrampian dağları Şotlandiya dağlıq yaylasının

Qrampian dağları

  • Ana Səhifə
  • Vikipediya
  • Qrampian dağları

Qrampian dağları (ing. Grampian Mountains şot.kelt Am Monadh) — Şotlandiyanın şimal-şərqində yerləşən dağ sistemi. Qrampian dağları Şotlandiya dağlıq yaylasının cənub-şərq hissəsini təşkil edir. Hündürlüyünə görə Böyük Britaniyanın ən yüksək dağ silsiləsidir. Ərazinin ən hündür zirvəsi olan Ben Nevis həm də Böyük Britaniyanın ən hündür dağıdır.

Qrampian
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1344 m
Uzunluğu 269 km
Eni 247 km
Sahəsi 26 374 km²
Hündür nöqtəsi Ben Nevis dağı
Yaranma dövrü Paleozoyun sonu Mezozoyun əvvəli
Süxurları Qranit , Qneys , Mərmər , Kvarsit
Yerləşməsi
56°55′ şm. e. 4°00′ q. u.HGYO
Ölkə
  •  Birləşmiş Krallıq
Yerləşməsi Böyük Britaniya, Şotlandiya
Qrampian xəritədə
Qrampian
Qrampian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Qrampian dağları Şimal-qərb dağlıq yaylasından Qreyt Qlen (Qreyt Mor) tektoknik sınma zolağı vasitəsi ilə ayrılır. Şimal-qərb və Qrampian dağları birlikdə Şotlandiya dağlıq yaylasını formalaşdırır. Qrampian dağları Şotlandiya ərazisinin üçdə bir hissəsini təşkil edir. Ərazinin ən hündür zirvələri Ben Nevis (1344 m) və Ben Makduidir.(1309 m) Bu zərvələr Qrampian dağlarının bir hissəsi olan Kerinqorum dağlarında yerləşir. Dağlıq qurşağın şimal sərhəddi Kaledon kanalından keçir. Qrampian dağlarının 300-dən çox zirvəsi var ki, bunlarında çoxu 500-900 metr hündürlüyə malikdir. Əksər zirvələr dik və çətin keçiləndir.

Ümümilikdə Qrampian dağları 10 fərqli dağ sistemindən ibarətdir :

  1. Spin Brice-Elgin
  2. Aberdeen tirəsi
  3. Kerinqorum dağları
  4. Fort William-Loch Erict
  5. Mərkəzi Qrampian
  6. Braemar-Montrose
  7. Loc Leven-Connel Bridge-Glen Loki
  8. Loc Rannoc-Loc Tay
  9. Clyde-Strak Tay
  10. Oban-Dunoon-Mull

Geologiyası

Dağların geoloji yaşı 200 milyon il hesab olunur. Ərazi maqmatik və metamorfik süxurlardan təşkil olunub. Ümumilikdə Qrampian dağlarının formalaşması Palezoyun sonu başlamış və Mezozoyun ortalarına qədər davam etmişdir. Demək olar ki, bütün dağlıq ərazidə kristallik süxurlar çox üzdə yerləşir və bəzən qranit, qneys, mərmər kimi süxurlar nazik torpaq qatı altında böyük məsafələri əhatə edir.

İqlimi

Ərazi mülayim dəniz iqliminə malikdir. Yanvar ayının orta temperaturu +5 — +7 °C arasında dəyişir. İyul ayı isə sərin keçir və orta ayliq temperatur +19 °C-dən yuxarı olmur. Orta illik yağıntı 1000 mm-dən yuxarıdır. İlin 100 günü qar örtüyü qalır.

Daxili suları

Əsas büyük çayları Tey, Spey, Kaui-Uoter, Don və Didir. Lox Ness, Lox Oix, Lox-Loxi şirin sulu və ən böyük gölləridir.

Fauna və florası

Qrampian dağları zəngin fauna və floraya malikdir. Bitki örtüyü arktik və alp qurşağına daxildir. Qeydiyyata düşən 363 növün 81 alp qurşağı üçün xarakterik bitkilərdi. Tey çayında dünya üzrə nəsli kəsilməkdə olan "Avropa molyuskaları"nın üçdə ikisi yerləşir.

Şəkillər

  • perrow="4"
  • Ben Nevis zirvəsi.
    Ben Nevis zirvəsi.
  • Tey çayı
    Tey çayı
  • Qrampian dağlarının xarakterik landşaftı
    Qrampian dağlarının xarakterik landşaftı
  • Qırmızı maral
    Qırmızı maral

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qrampian dağları haqqında məlumat. Qrampian dağları nədir? Qrampian dağları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Krater (qab)

  • Fevral 26, 2026

    Cücülər

  • Fevral 27, 2026

    İsanın doğulması

  • Fevral 27, 2026

    Geum

  • Fevral 27, 2026

    Utrext Universiteti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst