Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib ç

Rud

  • Ana Səhifə
  • Vikipediya
  • Rud

Rud — qədim simli çalğı alətidir. Ud tipli alətlər qrupuna daxildir. Əsasən saray mədəniyyətinə məxsus olan musiqi alətləridir, yaranması XVI əsrə qədər gəlib çatıb.

Rud
Əlaqəli alətlər
  • türk. Ney
  • azərb. Tütək‎
  • çin. Quan
  • yap. Hixiriki
  • bolq. Kaval
Mənşə ölkəsi Azərbaycan Azərbaycan


Mündəricat

Tarixi

Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. "Rud" farsca "bağırsaq" anlamına gəlir. Nizami Gəncəvi Əflatunun (Platon) ərğanunu ruda istinadən icad etdiyi haqqda bilgi verir. Deməli, Əflatunnun yaşadığı dövrdə, e. ə. V əsrdə rud aləti mövcud idi.

Rud klassiklərin əsrlərində

Rud Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində belə vəsf olunmuşdur:

Müğənni, çal rudu, gəl dadıma çat,
Məni bu amansız yuxudan oyat.
Bəlkə, rudun səsi axar çay kimi
Dincəltsin susamış yanar qəlbimi.

Əbdülqədir Marağayi risaləsində rud barədə yazır: "Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir". Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub.

Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb. Onun xarici görünüşü də balqabağı və gitaranı xatırladır. Quruluşu etibarı ilə başqa simli çalğı alətlərindən fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür.

Quruluşu

İlk zamanlar barmaqla, sonralar isə yumşaq materialdanı hazırlanmış mizrabla çalınıb. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 170 mm, qolunun uzunluğu 285 mm-dir.

Səs düzümü böyük oktavanın "mi" səsindən ikinci oktavanın "si" səsinə kimidir.

  • Şahrud - rudun böyük, bəm biçimi. Uddan 2 dəfə böyük, 5 cüt simi olub, uddan bir oktava bəm səslənirdi. IX yüzillikdə Səmərqəndli İbn Əxvəs tərəfindən icad edilsə də, sonralar unudulub, XIV əsrdə Ə. Marağalı tərəfindən bərpa olunub və bir daha unudulub dövrümüzə gəlib çatmayıb. Əl-Fərabi (IX əsr) onun bir növünü təqdim edir, Ə. Marağalı isə tamam başqa biçimli şahrudu təsvir edir.

Həmçinin bax

  • Ud
  • Tulum
  • Tütək

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rud haqqında məlumat. Rud nədir? Rud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Masazır gölü

  • Fevral 27, 2026

    Exo (nimfa)

  • Fevral 27, 2026

    Mərzili

  • Fevral 27, 2026

    Rusiya Respublikası

  • Fevral 27, 2026

    Osman Sınav

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst