Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir.

Salka bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Salka bələdiyyəsi

Salka bələdiyyəsi, Barmaqsız bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir.

Rayon
Salka bələdiyyəsi
gürc. წალკის მუნიციპალიტეტი (tsalkis munitsipaliteti)
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

41°35′59″ şm. e. 44°05′26″ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Barmaqsız
İcra başçısı Revaz Şavloxaşvili
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi 1050.6 km²
Əhalisi
Əhalisi 23 500 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 53xx
Rəsmi sayt
Salka bələdiyyəsigürc. წალკის მუნიციპალიტეტი (tsalkis munitsipaliteti) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı. Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu.

Coğrafiyası

Barmaqsız bələdiyyəsi əsasən Zəlyə yaylasında yerləşir. Sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır. İqlimi dağ iqlimidir. Orta illik temperatur 5,9 °C. İllik orta yağıntı miqdarı 600–740 mm-dir.

İnzibati-ərazi bölgüsü

Əhalisi

Tsalka rayonunun əhalisi
1.1.1989 r.t. 1.1.2002 r.t. 1.1.2014 r.t.
44 18720 22618 849

Milli tərkibi

2006-cı ilin iyul ayına olan rəsmi təxminə əsasən Tsalka rayonunun 22.6 min nəfər əhalisnin 11 min nəfərini və ya 48.7 %-ni ermənilər, 8 min nəfərini və ya 35.4 %-ni gürcülər, 1.8 min nəfərini və ya 8 %-ni azərbaycanlılar, 1.5 min nəfərini və ya 6.6 %-ni urumlar, 0.3 min nəfərini və ya 1.3 %-ni isə digərləri təşkil edir. Əhalisinin sıxlığı hər km²-də 20 nəfərdir. Əhalinin 85%-ni kənd əhalisi təşkil edir.

Tsalka rayon əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa. Nisbəti 1979 sa. Nisbəti 1989 sa. Nisbəti 2002 sa. Nisbəti
cəmi40 286100 %49 340100 %44 438100 %20 888100 %
erməni11 72629.11 %13 99628.37 %12 67128.51 %11 48454.98 %
urum21 99254.59 %30 81162.45 %27 12761.04 %4 58921.97 %
gürcü1 1472.85 %1 7103.47 %1 6133.63 %2 51012.02 %
azərbaycanlı1 7244.28 %2 2314.52 %2 2815.13 %1 9929.54 %
rus1 5783.92 %3600.73 %3200.72 %1250.6 %
osetin910.23 %990.2 %820.18 %180.09 %
ukraynalı4691.16 %310.06 %720.16 %30.01 %
abxaz......10.00 %......20.01 %
kürd və yezidi30.01 %70.01 %40.01 %20.01 %
alman1 4263.54 %..................
yəhudi210.05 %80.02 %............
ləzgi30.01 %..................
assuriyalı30.01 %..................
digər1030.24 %860.17 %2680.6 %1630.78 %

Yaşayış məntəqələri üzrə

Yaşayış məntəqəsinin adı Əhalinin sayı (2002) Əsas əhalisi
Aşqala 2043 99% erməni
Qızılkilsə 1848 98% erməni
Barmaqsız şəh. 1741 55% erməni, 22% urum, 12% gürcü, 9.5% azərbaycanlı
Nərdivan 1516 99% erməni
Quşçu 893 98% erməni
Xaçköy 863 98% erməni
Dərəköy 814 98% erməni
Ərcivan-Sarvan 794 100% azərbaycanlı
Ozni 754 99% erməni
Avranlı 717 81% urum
Tecis 607 100% azərbaycanlı
Ayazma 595 99% erməni
Rexa 525 79% gürcü, 20% urum
Qabur 491 100% erməni
Gümbət 471 82% gürcü
Burnaşeti 468 97% erməni
Cütkilsə 468 99% erməni
Öləng 405 94% urum
Beştaşen 373 87% urum
Daşbaşı 367 96% erməni
Yeddikilsə 351 96% urum
Cinis 304 100% urum
Neon-Xaraba 303 91% gürcü
Çölmən 295 99% azərbaycanlı
Günyaqala 236 72% urum
Başköy 207 66% urum
Xando 187 98% gürcü
Qaraköm 177 73% gürcü, 19% urum
Tsintskaro 168 67% urum
Təkkilsə 167 77% urum
Kərək 152 74% urum
Təzə-Xaraba 137 99% erməni
Livad 134 62% urum
Xram SES 118 39% erməni, 34% urum, 20% gürcü
Axalıq 112 71% urum
Çapayevka (Kavta) 88 93% gürcü
Santa 84 83% gürcü
İmera 74 84% urum
Gödəklər 73 100% azərbaycanlı
Səfər-Xaraba 54 87% urum
Şipək 35 89% urum
Tarson 9 78% azərbaycanlı, 22% gürcü
Akenda 0
Minasazkənd 0

Sovet İttifaqının dağılmasından, 1989-cu ildən bəri gürcülərin sürüşmə zonalarından Barmaqsıza köçürülməsindən və yunanların kütləvi şəkildə bölgəni tərk etməsindən əvvəl rayonun 46 kəndindən 28-də yunanlar, 13-də ermənilər, 4-də azərbaycanlılar, 1-də gürcülər əksəriyyət təşkil edirdi. Hal-hazırda isə rayon əhalisinin 55%-ini ermənilər təşkil edir və onların məskunlaşdığı kəndlər əhali sayına görə daha iridir. Əsasən erməni əhalili kəndlərin sayı 12, yunan əhalili 13, gürcü əhalili 7, azərbaycanlı əhalili 5-dir.

  • Əsasən erməni əhalili kəndlər: Aşqala, Qızılkilsə, Nərdivan, Quşçu, Dərəköy, Ozni, Ayazma, Qabur, Burnaşeti, Cütkilsə, Daşbaşı, Təzə-Xaraba.
  • Əsasən yunan əhalili kəndlər: Avranlı, Öləng, Beştaşen, Yeddikilsə, Cinis, Günyaqala, Başköy, Tsintskaro, Təkkilsə, Axalıq, İmera, Səfər-Xaraba, Şipək.
  • Əsasən azərbaycanlı əhalili kəndlər: Ərcivan-Sarvan, Tecis, Çölmən, Gödəklər, Tarson, keçmişdə Minasazkənd (indi kənd xarabalıqdır).
  • Əsasən gürcü əhalili kəndlər: Rexa, Gümbət, Neon-Xaraba, Xando, Qaraköm, Çapayevka, Santa.

Xram SES kəndinin əhalisi qarışıqdır (ermənilər, yunanlar, gürcülər).

İqtisadiyyatı

Barmaqsız bələdiyyəsinin illik büdcəsi 3 milyon laridir. Bələdiyyə gəlirlərinin əsas hissəsini kənd təsərrüfatı, maldarlıq, xırda sahibkarlıq və kommunal ödənişlər təşkil edir. Kənd təsərrüfatında istifadə edilən torpaq sahəsi 860 km² təşkil edir. Bələdiyyə ərazisindən respublika əhəmiyyətli magistral yol, həmçinin Marabda-Axalkalaki dəmiryolu keçir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salka bələdiyyəsi haqqında məlumat. Salka bələdiyyəsi nədir? Salka bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vücudnamə

  • Fevral 27, 2026

    Hebei

  • Fevral 17, 2026

    İlham Əliyev

  • Fevral 27, 2026

    Hetera

  • Fevral 27, 2026

    Vyazma

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst