Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətlə

Hebei

  • Ana Səhifə
  • Vikipediya
  • Hebei

Hebei (Hibei), (çin. 河北省), Çinin şərq hissəsində vilayətdir. Hebei vilayətinin şimalında Daxili Monqolustan Muxtar Rayonu, cənubunda Shandonq və Henan vilayətləri, şərqində Bohai dənizi, qərbində isə Şansi vilayəti yerləşmişdir. İdarə mərkəzi Şiciacuanq şəhəridir. Ərazisi 187700 km²-dir.

Vilayət
Hebei vilayəti
çin. 河北省

38°02′32″ şm. e. 114°30′31″ ş. u.HGYO


Ölkə Çin
İnzibati mərkəz Shijiazhuanq
Tarixi və coğrafiyası
Sahəsi 187.700 km² (12-ci-ci yer)
Saat qurşağı
  • UTC+08:00
Əhalisi
Əhalisi 73,326,101 nəfər (2015) (6-ci-ci yer)
Etnik tərkib

%95.65 Xan xalqı,  %3.18 Mancurlar,

0.78 Huey xalqı, %0.26 Monqollar
Rəqəmsal identifikatorlar
ISO kodu CN-HE
Rəsmi sayt
Hebei vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Din

Hebei vilayətinin əhalisinin dini
Din Faiz
Yerli dinlər və başqaları
  
90,61%
Öz babalarına sitayiş
  
5.52%
Xristianlıq
  
3.05%
İslam
  
0.82%

2007 və 2009-cu illərdə aparılan statistikaya görə Hebei vilayətinin əhalisinin çoxu Çinin qədim dinlərinə, 5.52% öz ulu babalarına sitayiş edir. Əhalinin 3.05% Xristian , 0.82% isə Müsəlmandır.

Əhali

Hebei vilayətinin əhalisinin etnik tərkibi
Xalq Faiz
Xan xalqı
  
95.65%
Mancurlar
  
3.18%
Huey xalqı
  
0.78%
Monqollar
  
0.26%
Çjuanqlar
  
0.031%

2015-ci ilin siyahıya almasına əsasən əhalisi 73,326,101 olan Hebei vilayəti Çinin altıncı böyük əhaliyə malik vilayətidir. Hebei vilayətinin əhalisi az sayda Huey xalqı (Müsəlman Çinli), Mancurlar, Monqollar və əhalinin böyük hissəsini təşkil edən Xan xalqıdır.

Tarix

Şimali Çin ovalığı əsrlər ərzində ən qədim insan məskəni olmuşdur. Hebei ovalığı 400 min il əvvəl yaşamış insan olan [[Homo erectus pekinensis'in (Pekin İnsanının) vətənidir.

Hebei 1644-cü ildən 1911-ci ilə kimi Tzin sülaləsinin (1644-1911/12), Tzin sülaləsinin devrilməsindən sonra 1937-ci ildəki Yapon işğalına kimi milliyətçi hökümətin hakimiyyəti altında qaldı.

Yapon işğalının 1945-ci ildə bitməsindən sonra başlayan Çin vətəndaş müharibəsinin (1946-49) sonlarında kommunistlərin idarəsi altına düşdü. 1958-ci ilə kimi vilayətin idarə mərkəzi Baodinq şəhəriydi. 1958-ci ildən sonra vilayətin idarə mərkəzi əvvəlcə Tianjin şəhərinə, 1967-ci ildə isə Pekinin 240 km cənub-şərqində üç əsas dəmiryolunun qovuşduğu nöqtədə yerləşən Shijiazhuang şəhəri vilayətin idarə mərkəzi oldu. Paytaxt Pekin Hebei sərhədləri içində yerləşmişdir. Şimali Çindəki ən inkişaf etmiş vilayətdir.

Sənaye

Yan və Taihanq dağlarının ətəklərindən dənizə qədər uzanan Pekin-Tianjin sənaye bölgəsi Çinin şimalındakı ən böyük sənaye bölgəsidir. Bu sənaye bölgəsi şərqdəki Tanqşan ilə Qinhuanqdao, qərbdəki Baodinq ilə Shijiazhuanq və Pekin bələdiyyəsindəki Liulihe sənaye şəhərlərini əhatə edir. Sənayə bölgəsinin əsas liman şəhərləri Tianjin, Tanggu və Qinhuangdao şəhərləridir.

Hebei vilayətindəki ağır sənaye, bölgənin böyük kömür mədənləri və dəmiryollarıyla sıx əlaqəlidir. İkinci böyük şəhər və muxtar bələdiyyə olan Tianjin şimali Çindəki ən dəyərli sənaye və ticarət mərkəzi olduğu kimi həmçinin təhsil və mədəniyyət mərkəzidir. Yüngül sənayesini kağız, un və metlak istehsalı təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hebei haqqında məlumat. Hebei nədir? Hebei nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Alba Yuliya

  • Fevral 26, 2026

    Ənkəbut surəsi

  • Fevral 27, 2026

    Keşləmə

  • Fevral 27, 2026

    Vokalçı

  • Fevral 24, 2026

    Tunc dövrü

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst