Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vücudnamə — aşıq şeir şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti

Vücudnamə

  • Ana Səhifə
  • Vikipediya
  • Vücudnamə

Vücudnamə — aşıq şeir şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.

Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur.

Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir. Ümumiyyətlə, Koroğlunun iki vücudnaməsi var. Onların hər ikisi qoşma janrındadır. Bu vücudnamələrdən biri insan, digəri isə at haqqındadır. İnsan haqqındakı "Bənzərsən" vücudnaməsi dastanın heç bir qolunda yoxdur. Onu müstəqil qoşma kimi 1804-cü ildə Əhərli şair Əndəlib Qaracadaği yazıya alıb, öz əlyazmalarına daxil etmişdir. Ə.Qaracadağinin əlyazmalardan ibarət həmin dəftəri hazırda Sankt-Peterburq şəhərində saxlanır. Koroğlunun "Bənzərsən" vücudnaməsinin də orijinalı həmin dəftərdədir. Koroğlunun digər vücudnaməsi isə ərəb atına həsr olunub.

Vücudnamə

Üç yaşından beş yaşına varanda,
Yenicə açılan gülə bənzərsən,
Beş yaşından on yaşına varanda,
Arıdan saçılmış bala bənzərsən.

On dördündə sevda enər başına
On beşində yavan kirər duşuna
Çünki yetdin iyirmi dörd yaşına
Boz, bulannıq axan selə bənzərsən

Otuzunda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən,
Qırxında sən əl haramdan çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.

Əllisində əlif qəddin çəkilər,
Altmışında ön dişlərin tökülər,
Yetmişində qəddin, belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.

Səksənində sinən enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən

Həmçinin bax

  • Ustadnamə
  • Qoşma
  • Bayatı
  • Gəraylı
  • Tuyuq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vücudnamə haqqında məlumat. Vücudnamə nədir? Vücudnamə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pazşəkilli yemişan

  • Fevral 27, 2026

    Şorlar

  • Fevral 24, 2026

    Dram

  • Fevral 27, 2026

    Korn

  • Fevral 27, 2026

    Melissus

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst