Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elmira Mirzərza qızı Nəzirova (30 noyabr 1928, Bakı – 23 yanvar 2014, Hayfa) — Azərbaycan bəstəkarı, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Elmira Nəzirova

  • Ana Səhifə
  • Vikipediya
  • Elmira Nəzirova

Elmira Mirzərza qızı Nəzirova (30 noyabr 1928, Bakı – 23 yanvar 2014, Hayfa) — Azərbaycan bəstəkarı, professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Elmira Nəzirova
Ümumi məlumatlar
Doğum tarixi 30 noyabr 1928(1928-11-30)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 yanvar 2014(2014-01-23) (85 yaşında)
Vəfat yeri
  • Hayfa, Hayfa dairəsi
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Təhsili
  • Bakı Musiqi Akademiyası
Üzvlüyü
  • SSRİ Bəstəkarlar İttifaqı,
  • Azərbaycan Bəstəkarlar İttifaqı
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964
"Şərəf nişanı" ordeni

Həyat və yaradıcılığı

Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulmuşdu. 1950-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında professor Georgi Şaroyevin fortepiano sinfini, 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirmişdi. 1951-ci ildən Konservatoriyada fortepiano sinfində dərs demişdi. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının və Azərbaycan SSR Bəstəkarlar İttifaqının üzvü idi.

E.Nəzirova bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün üç konsertin, fortepiano üçün prelüdlərin və variasiyaların, skripka, violonçel və fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları və romanslar mövzusunda işləmələrin müəllifidir.

E.Nəzirovanın böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovla birlikdə yazdığı "Ərəb mövzusunda fortepiano üçün konsert" Azərbaycan musiqi mədəniyyətində böyük hadisə olmuşdu.

E.Nəzirova yaradıcılıq işi ilə yanaşı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdi.

1990-cı ildən İsraildə yaşayan E.Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. Onun şagirdləri arasında bir sıra beynəlxalq müsabiqələrin laureatları var, onlar Azərbaycan mədəniyyətini müxtəlif ölkələrdə təmsil edilər.

2004-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar və pianoçu Elmira Nəzirovanın 75 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi.

SSRİ-nin "Şərəf nişanı" ordeni ilə təltif edilmişdi.

Professor Elmira Nəzirova 2014-cü il yanvarın 23-də İsraildə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elmira Nəzirova haqqında məlumat. Elmira Nəzirova nədir? Elmira Nəzirova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Helena Draqas

  • Fevral 24, 2026

    Teatr xadimi

  • Fevral 27, 2026

    Zaysan saksaulu

  • Fevral 27, 2026

    Karp

  • Fevral 27, 2026

    Devi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst