Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İraqlılar (ərəb. العراقيون ‎; Irāqīyūn) — İraqın yerli əhalisi. Ümumi saylarıə 31 milyon nəfərdir. Onlar həmçinin İran, Suriya, ABŞ və Avropa ölkələrində yaşayı

İraqlılar

  • Ana Səhifə
  • Vikipediya
  • İraqlılar

İraqlılar (ərəb. العراقيون ‎; Irāqīyūn) — İraqın yerli əhalisi. Ümumi saylarıə 31 milyon nəfərdir. Onlar həmçinin İran, Suriya, ABŞ və Avropa ölkələrində yaşayırlar. Əsasən Ərəb dilinin müxtəlif dialektləridə və Assuriya dilində danışırlar. Əhalinin 95 % müsəlmandır.

İraqlılar
Özünüadlandırma
العراقيون
Ümumi sayı
50 milyon
Dili

Ərəb dili

Dini

İslam(Sünnilər • Şiələr • Nüseyrilər
Xristianlıq

Qohum xalqlar

Livanlılar • İordaniyalılar • Fələstinli • Ərəblər • Yəhudilər • Assuriyalılar • Mərakeşlilər

Mündəricat

Tarixi

Tarixən Dəclə və Fərat çayları arasında yerləşən Mesopotamiya adlı ərazidə ilk sivilizasiyalar yaranmışdır. Şumer, Akkad, Babilistan və Assuriya kimi dövlətlər bu ərazidə formalaşmışdır. B.e.ə. VI əsrdən İraq farsların əsarətinə düşür. Bir müddət Əhəmənilər, Makedoniya İmperiyası, Selevkilər, Parfiyalılar, Sasanilər və Ərəb Xilafətinin tərkibində olmuşdur.

Yerli əhalinin dili daima dəyişikliklərə məruz qalmışdır. B.e.ə IV minillikdən b.e.ə XX əsrə qədər burada şumer dili işlədilmişdir. Sonradan b.e.ə XX əsrdən b.e II əsrinə qədər akkad dili işlənmişdir. II- VII əsrlərdə Mesapoaramey dili yayılmışdır. VII əsrdən günümüzə kimi isə dominat dil ərəb dilidir.

Genetika

Müasir genetik tədqiqatlar onu göstərmişdir ki, müasir iraqlılar qədim mesapotomiya xalqları olan şumer və akkadlarla bağlıdır. Artıq bir neçə minillikdir ki, İraq əhalisi genetik asimiliyasiyaya məruz qalmamışdır.

Məşğuliyyət

Müasir iraqlıların bu gündə əsas məşğuliyyətlərindən biri kənd təsərrüfatıdır. Burada taxıl, qarğıdalı, palma, pambıq kimi bitkilər əkilir. Mesopotamiyanın cənubunda, səhra və yarımsəhraların yayıldığı ərazilərdə köçəri-maldar tayfalar qoyun, keçi və dəvə saxlayır. Şəhərlərdə sənətkarlıq istehsalı mövcuddur. Kənd təsərrüfatı alətləri, qab istehsalı və toxuculuq inkişaf etdirilir. Neft sənayesi çox inkişaf etmiş və iraqlılarin çoxu bununla məşğuldur.

Mətbəx

İraqlıların mətbəxi digər Yaxın Şərq xalqlarının mətbəxi ilə eynilik təşkil edir. Xurmadan şirin halva hazırlayırlar. Çay və qəhvə içməyi xoşlayırlar. Bəzi yerlərdə balıq yeməklərinə üstünlük verirlər. Arpa və buğdadan hazırlanmış çörəklər istehlak edilir.

Din və mədəniyyət

İraqda əhali əsasən İslam bayramlarını qeyd edir. Əhalinin böyük qismi şiələrdir. Onlar əsasən ölkənin cənubunda yayılmışlar. Sünnülər isə ölkənin qərbində və mərkəzi hissəsində üstünlük təşkil edirlər. Xristianlıq isə ölkənin şimalında yayılmışdır. Ancaq xristianlıq ərəblər arasında deyil assuriyalılar arasında üstünlük təşkil edir. 2010-cu illərdə İraqda sünnü və şiələr arasında münaqişələr müşahidə edilmişdir. Folklor nümunələri arasında musiqi və şeirlər daha çox marağa səbəb olur. İslama qədərki bəzi adətlər hələ də saxlanılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İraqlılar haqqında məlumat. İraqlılar nədir? İraqlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muxax

  • Fevral 27, 2026

    Əbu Hənifə

  • Fevral 26, 2026

    Küp

  • Fevral 27, 2026

    Kaliforniya cərəyanı

  • Fevral 27, 2026

    Osmanlı ədəbiyyatı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst