Muxax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
| Muxax | |
|---|---|
| 41°34′09″ şm. e. 46°42′15″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Zaqatala rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 463 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ1008 |
![]() Muxax | |
Mədəniyyəti
Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi, uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.
Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.
Coğrafiyası və iqlimi
Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.
Kəndin ərazisi 3230 hektardir.
Əhalisi
| Etnik qrup | Sayı, 1970 sa. | Nisbəti, 1970 sa. |
|---|---|---|
| cəmi | 3 989 | 100 % |
| saxurlar | 2192 | 53.9 % |
| azərbaycanlı | 1794 | 46.1% |
| digər | 4 | 1 % |
Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.
Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.
Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Din
Kənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Muxax haqqında məlumat. Muxax nədir? Muxax nə deməkdir?
