Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Türkeşlərin ilk yaşadıqları bölgə Altay dağlarının cənub-qərb ətəkləri idi. Türkeşlər eramızın əvvəllərində Balxaş gölü ətrafındakı ərazidə, Çu və İli çayları a

Türkeşlər

  • Ana Səhifə
  • Vikipediya
  • Türkeşlər

Türkeşlər — on oxların tu-lu qoluna mənsub olan türk mənşəli xalq.

Haqqında

Türkeşlərin ilk yaşadıqları bölgə Altay dağlarının cənub-qərb ətəkləri idi. Türkeşlər eramızın əvvəllərində Balxaş gölü ətrafındakı ərazidə, Çu və İli çayları arasında yaşayırdılar. On boy halında yaşayan türkeşlər, 657-ci ildən sonra Çinin təzyiqi ilə qərbə köçüb ətrafa yayıldılar. Bunlardan daha çoxsaylı beş boy İli çayı boylarına gəlib yerləşdilər. Sarı türkeşlər deyə adlandırılan bu qisimin başında Baqa Tarkan dururdu.

Daha qərbdə Talas bölgəsinə gəlmiş olan digər beş boy isə Qara türkeşlər adı ilə bilinməkdədir. Baqa Tarkan, qərbdəkilərin də onlara birləşməsi ilə siyasi birlik meydana gətirmiş, cənubda məşhur bir ticarət mərkəzi olan Toxmaq şəhərini ələ keçirərək buranı paytaxt elan etmişdir. Şəhərləşməyə böyük əhəmiyyət verən Türkeşlər, Türküstanın əhəmiyyətli şəhərlərini ələ keçirmişdilər. Baqa Tarkan öz adına pul da zəbt etdirmişdir.

Qərb sərhədlərini Sır-Dəryaya qədər uzadan türkeşlər, Qərbi Türküstana hakim olan ərəblərlə də təmasa keçmişdirlər. 681-ci ildə İkinci Göytürk dövlətinin yenidən qurulması ilə türkeşlər, Göytürklərin hakimiyyətini qəbul etmək məcburiyyətində qalmışlar. VII əsrin sonlarında qərb türkləri arasında real hakimiyyət türkeşlərin bəyi U-çe-denin əlinə keçdi. 699-cu ildə şərq göytürkləri on oxları öz hakimiyyətlərinə tabe etdilər. 712-ci ildə isə Göytürk Kağanı Qapaqan, Türkeş Kağanını öldürərək onun xanədanına son vermişdir. Ancaq 717-ci ildə Türkeşlərin qərb seqmentlərinin yenidən birlik meydana gətirdiklərini görürük. Artıq bu dövrdə daha da qərbə keçmiş olan türkeşlər, əvvəllər ərəblərin irəliləyişinin qarşısında ən böyük maneə olmuşdur. Zamanla boylar arasında rəqabətin artması və daxili çəkişmələr, türkeşlərin zəifləməsinə səbəb olmuşdur. 766-cı ildə Qərbi Göytürk ərazisində hakim olmağa başlayan karluqlar, türkeşlərin siyasi varlıqlarına son qoydular. Türkeşlər, türklərin şəhər və mədəniyyət həyatını mənimsəməsində və qərbdəki türk əhalisinin artmasında böyük rol oynamışlar. Beləcə sonradan Səlcuqlar kimi böyük dövlətlər quracaq olan türk birliklərinin məlumat və bacarıqlarının artmasını təmin etmişlər. Ayrıca Şərqi Avropada gördüyümüz Uz, Peçenek kimi türk kütlələrinin də təməlini meydana gətirmişlər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Türkeşlər haqqında məlumat. Türkeşlər nədir? Türkeşlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mestaliya stadionu

  • Fevral 26, 2026

    Xatirə

  • Fevral 27, 2026

    Şabaş

  • Fevral 27, 2026

    Symbian OS

  • Fevral 27, 2026

    Şəfa Əliyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst