Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şabaş — Toy məclislərində oynayanlara xanəndə və çalğıçılar üçün verilən pul, toy və nişan məclislərində rəqs edən şəxslərin başı üzərində havaya atılan, ayaqla

Şabaş

  • Ana Səhifə
  • Vikipediya
  • Şabaş

Şabaş — Toy məclislərində oynayanlara xanəndə və çalğıçılar üçün verilən pul, toy və nişan məclislərində rəqs edən şəxslərin başı üzərində havaya atılan, ayaqları altına səpilən, yaxud ağzına və əlinə verilən, həmçinin xanəndə və çalğıçılara həvəsləndirmək məqsədilə önünə atılan kağız pul adətidir. Şabaş adəti Azərbaycan xalqının toy və nişan mərasimlərinin mühüm tərkib hissəsidir və xalqın qonaqpərvərlik, sevinc və təntənə ənənələrinin canlı təzahürüdür.

Mündəricat

Təsviri

Bu söz, xüsusilə xanəndə (müğənni), çalğıçılar (musiqiçilər) və digər mərasim iştirakçılarına göstərilən təşəkkür və maddi mükafat anlamına gəlir. Şabaş adətən rəqs bitdikdən sonra toplanır və ya musiqiçilərə, ya da toy sahibinə çatır. Bu məsələ əvvəlcədən razılaşdırılır. Rəqs bitdikdə oynayanlar əllərindəki pulları çalğıçıların qabağında açıq qoyulmuş musiqi alətinin qabına — məsələn, dəf və ya qarmon qabına atırlar. Yerə səpələnmiş pulları da adətən bir-iki gənc yığıb həmin qutuya yığır. Bəzən isə qonaqlar onlara verilən şabaşı özlərində saxlayırlar.

Şabaş vermək rəqs edən qohumun, dostun və ya rəqqasın gözəl oyunu üçün minnətdarlıq və xoş arzu ifadəsidir. Hər iki tərəf — həm verən, həm alan — bunu sevinc və razılıqla qəbul edir. Əgər rəqs edənə pul verilməzsə, bu, onun üçün xəcalət sayılır. Adətə görə, rəqs edən şəxs tanışının qabağında bir müddət yerində oynayarsa, həmin tanış ona pul verməlidir.

Toy məclislərində bəzən "zirək" uşaqlar peyda olur, yerə səpələnmiş pullardan bir qədər toplayıb tez aradan çıxmağa çalışırlar. Bu uşaqları adətən fərraş qovur.

Bəy və gəlin öz toylarında ayrı-ayrılıqda rəqs etdikdə şabaş ən yüksək səviyyədə verilir. Qız toyunda gəlin rəqs edərkən yengəsi məclisdəkiləri pul verməyə təşviq edir və müxtəlif şüarlar səsləndirir:

  • “Ay şabaş, gəlin başına verin a…”,*
  • “Toy yiyəsinin başına, ay şabaş!”* və s.

Oğlan toyunda isə bəy rəqs etdikdə yaxınları ona pul verməyə çalışır. Bəzi qonaqlar pulu bəyin papağının altına və ya alnına yapışdırır, bəy isə bu pulları xanəndə və çalğıçılara atır və ya özü saxlayır.

Tarixi

Keçmişdə bəyin boynuna xələt salmaqla kifayətlənirdilər. Varlı toylarında xanəndə və rəqqaslara pul atmaq təhqir sayılırdı. Əski ədəbi mətnlərdə bu adət "nisar" kimi tanınırdı və metal pul, qəpik-quruş, yaxud nazik qızıl təbəqələr şəklində həyata keçirilirdi.

Üzeyir Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış "O olmasın, bu olsun" operettasında dördüncü məclisdəki toy səhnəsində Məşədi İbad "Mirzəyi" rəqsini şabaş yığa-yığa ifa edir.

Azərbaycanda şabaş adətinin müxtəlif bölgələrdə fərqli tələffüzləri mövcuddur:

  • Şəki bölgəsində "şabbaş", "şavaş", "şeyşavaş"
  • Bəzi yerlərdə isə "haşşabaş" kimi deyilir.

Həmçinin bax

  • Azərbaycan toy adətləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şabaş haqqında məlumat. Şabaş nədir? Şabaş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Orbit

  • Fevral 24, 2026

    Xakaslar

  • Fevral 27, 2026

    Qərbi Sumatra

  • Fevral 27, 2026

    Sentinel dağları

  • Fevral 27, 2026

    Aykido

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst