Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döy

İlham Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Mehdiyev

İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı.

İlham Mehdiyev
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini
Vəzifədədir
2004-cü ildən
    Prezidentİlham Əliyev
    Şəxsi məlumatlar
    Doğum tarixi 2 avqust 1965(1965-08-02) (60 yaş)
    Doğum yeri
    • Hənifə, Balakən rayonu, Azərbaycan SSR, SSRİ
    Vətəndaşlığı Azərbaycan Azərbaycan
    Hərbi xidmət
    Xidmət illəri 1986—
    Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
    Qoşun növü Sərhəd mühafizəsi
    Döyüşlər Qarabağ müharibəsi (2020)
     • Cəbrayıl döyüşü
     • Zəngilan döyüşü
    Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
    Rütbəsi
    General-leytenant

    Təltifləri Vətən Müharibəsi Qəhrəmanı
    3-cü dərəcəli "Rəşadət" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20082008 "Azərbaycan Bayrağı" ordeni — 20122012 "Vətən uğrunda" medalı — 20072007 "İgidliyə görə" medalı — 20142014 "Cəbrayılın azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı — 20022002 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Şücaətə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı

    İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.

    Fəaliyyəti

    İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.

    Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

    İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi.

    İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli Sərəncamı ilə İlham Mehdiyev "İgidliyə görə" medalı ilə təltif edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə İlham Mehdiyevə "general-leytenant" hərbi rütbəsi verildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

    İlham Mehdiyev 2020-ci ilin Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi.

    2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rəisin birinci müavini — Qərargah rəisi Rəşad Sadiqov, rəisin döyüş hazırlığı üzrə müavini İlham Mehdiyev, Döyüş Hazırlığı Baş İdarəsinin rəisi Rəsul Tağıyev, Sərhəd Qoşunlarının Qərargah rəisi Aqşin Məhərrəmov, ÇHB Komandanı Ehram Hacıyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi.

    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham İsmayıl oğlu Mehdiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə İlham Mehdiyev "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

    Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham Mehdiyev haqqında məlumat. İlham Mehdiyev nədir? İlham Mehdiyev nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 12, 2026

      Lissabon

    • Fevral 27, 2026

      Farqo

    • Fevral 24, 2026

      Napoleon Bonapart

    • Fevral 27, 2026

      Arnold Zommerfeld

    • Fevral 27, 2026

      Telmatherinidae

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst