Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru

Həbubulla Şahtaxtinski

  • Ana Səhifə
  • Vikipediya
  • Həbubulla Şahtaxtinski

Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974).

Həbibulla bəy Şahtaxtinski
Həbibulla Bəxşəli oğlu Şahtaxtinski
Doğum tarixi 9 sentyabr 1900(1900-09-09)
Doğum yeri
  • Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 sentyabr 1986(1986-09-22) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Bakı
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Həyat yoldaşı Leyla Şahtaxtinskaya
Uşaqları
  • Məhəmmədəmin Şahtaxtinski,
  • Elmira Şahtaxtinskaya
Atası Baxşəli ağa Şahtaxtinski[d]
Elm sahələri analitik kimya, qeyri-üzvi kimya
Elmi dərəcəsi
  • kimya elmləri doktoru (1949)
Elmi adı
  • professor
İş yerləri
  • Azərbaycan Texniki Universiteti,
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Texniki Universiteti
Mükafatları "Oktyabr inqilabı" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi — 1974

Mündəricat

Həyatı

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərbaycan Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930–1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik İnstitutunda miqdari kimyəvi analiz kafedrasının, Azərbaycan Sənaye İnstitutunda (indiki ADNSU) analitik kimya kafedrasının müdiri olmuşdur (1937–1959). 1959–1986 illərdə Azərbaycan EA SSR Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir. Əsas elmi tədqiqatları analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinə həsr edilmişdir. H. Şahtaxtinski analitik kimya elmində yeni səhifə açan "Yodometriyanın arsenat metodu" mövzusunda geniş elmi tədqiqatlar aparmış və bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul vermiş, Azərbaycanın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlamış, bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olmuşdur. H. Şahtaxtinskinin rəhbərliyi ilə metallurgiya zavodlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılmış və istehsalata tətbiq olunması tövsiyə edilmişdir. H.Şahtaxtinski kimya fənnini respublikada ilk dəfə tədris edənlərdən biridir. Onun 1937-ci ildə çapdan çıxmış "Miqdari kimyəvi analiz" dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir.

Baxşəli ağanın o biri oğlanları — Nemətulla bəy, Ətaulla bəy və Həbibulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıyla — Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Leyla xanım (25.12.1906 – 5.03.1995) Həbibulla ağa Şahtaxtinski ilə ailə qurmuşdur.

Elmi fəaliyyətı

H.Şahtaxtinski 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidməti var. H. Şahtaxtinskinin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru yetişdirilib.

Mükafatları

H.Şahtaxtinski Azərbaycan "Əməkdar elm xadimi" (1974) adına layiq görülmüş, "Oktyabr inqilabı" ordeni (1971) və bir sıra medallarla təltif olunmuşdur.

Elmi əsərləri

  • H.B.Şahtaxtinski. "Miqdari kimyəvi analiz". (Dərs vsaiti). Bakı. Dövlət elmi-texniki neft və mədən yanacağı ədəbiyyati nəşriyyatının Azərbaycan şöbəsi. 1953. 303 s.
  • Г.Б.Шахтахтинский, Г.А.Асланов. "Арсенатный метод йодометрического определения магния и кальция". Баку. Изд-во АН Азерб. ССР. 1966. 123 c.
  • Г.Б.Шахтахтинский. Попутное извлечение галлия при комплексной переработке алунитов". Баку. Изд-во АН Азерб. ССР. 1968. 67 c.
  • Г.Б.Шахтахтинский. "Получение алюминиевых солей из бедноалунитизированых пород загликского месторождения". Баку. Изд-во Элм. 1972. 126 с.
  • Г.Б.Шахтахтинский, С.М.Гусейнзаде, Х.С.Халилов. "Попутное извлечение пятиокиси ванадия при комплексной переработке алунитов". Баку. Изд-во Элм. 1974. 90 c.

Həmçinin bax

  • Şahtaxtinskilər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həbubulla Şahtaxtinski haqqında məlumat. Həbubulla Şahtaxtinski nədir? Həbubulla Şahtaxtinski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gülablı

  • Fevral 27, 2026

    Akvitaniya

  • Fevral 27, 2026

    Minerva

  • Fevral 27, 2026

    Qaşaltı Qaraqoyunlu

  • Fevral 27, 2026

    Neynəvə mühafəzası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst