Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə ai

Cervus elaphus

  • Ana Səhifə
  • Vikipediya
  • Cervus elaphus

Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür.

Nəcib maral
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Ranqsız:
Dırnaqlılar
Dəstə:
Cütdırnaqlılar
Klad:
Artiofabula
Klad:
Cetruminantia
Klad:
Ruminantiamorpha
Yarımdəstə:
Gövşəyənlər
İnfradəstə:
Pecora
Fəsilə:
Marallar
Yarımfəsilə:
Əsl marallar
Triba:
Cervini
Cins:
Əsl maral
Növ:
Nəcib maral
Beynəlxalq elmi adı
  • Cervus elaphus L., 1758[…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180695
NCBI  9860
EOL  328649
FW  

Mündəricat

Qısa təsviri

Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur.

Yayılması

Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir.

Yaşayış yeri və həyat tərzi

Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir. Bunlardan başqa nəcib maral populyasiyalarında cinsiyyət və yaş üzrə mövsümi qruplaşmalar da mövcuddur. Yaşlı erkəklər cütləşmə dövrünə qədər tək həyat tərzi keçirir. İl ərzində iki dəfə tüləmə (yaz və payızda) baş verir. Dişi fərdlər 2, erkəklər isə 4–5 yaşlarında cinsi yetişkənliyə çatırlar. Cütləşmə dövrü sentyabrda başlayaraq, noyabr ayının sonuna qədər başa çatır. Boğazlıq müddəti 7–8.5–9 ay çəkir və 1, çox nadir hallarda 2 bala doğur (may-iyun). Hər il köhnə buynuzlar düşərək (dekabr-fevral ayları) yeni buynuzlar inkişaf edir. Yalnız erkək fərdlərdə buynuz olur. Qida rasionuna təxminən 85–90 növ bitki daxildir. Onlardan 70–72% ot bitkiləridir.

Sayı

Hazırda Azərbaycanda nəcib maralların təbiətdə sayı orta hesabla 750–800 başdır (əsasən Böyük Qafqazın cənub ətəklərində).

Məhdudlaşdırıcı amillər

Bunlar iki qrupa bölünür: 1) Təbii amillər – iri yırtıcı məməlilər, quraqlıq, sellər, yanğınlar, qida rəqibləri, parazit və xəstəliklər, qısırlıq və s.; 2) Antropogen amillərdən – brakonyerlik, yaşayış yerlərində ot biçmə, mal-qara sürülərinin otlaması və digər təsərrüfat fəaliyyətlərini göstərmək olar.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Böyük Qafqazın cənub ətəklərindəki Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Böyük Qafqazda XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək. Hirkan meşələrinə reintroduksiya etmək. Kiçik Qafqazda mühafizəsinə ciddi nəzarət etmək.

Yarımnövləri

Nəcib maral bir-birindən ölçü və kütləsinə, bəzəyinə və digər xüsusiyətlərinəı görə fərqlənən alt növləri özündə birləşdirir. Aşağıda göstərilənlər Nəcib maral növünün alt növləri hesab olunur.

  • Qafqaz maralı
  • Avropa maralı
  • Tuqay maralı
  • Şərqi Sibir maralı

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cervus elaphus haqqında məlumat. Cervus elaphus nədir? Cervus elaphus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Girov

  • Fevral 27, 2026

    Madaylar

  • Fevral 23, 2026

    Ann İdalqo

  • Fevral 27, 2026

    Məlik

  • Fevral 27, 2026

    Kaliforniya Universiteti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst