Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002).

Firuz Xudaverdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Firuz Xudaverdiyev

Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002).

Firuz Xudaverdiyev
Doğum adı Firuz İslam oğlu Xudaverdiyev
Doğum tarixi 9 iyul 1939
Doğum yeri Qobu, Bakı, Azərbaycan SSR
Vəfat tarixi 28 mart 2017 (77 yaşında)
Vəfat yeri Qobu, Abşeron rayonu, Azərbaycan
Vəfat səbəbi Xərçəng
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Əzizə xanım
Uşağı Tahir Azər Elmar Ülviyyə
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1970-2017
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20022002
IMDb ID3178493
azdrama.az

Mündəricat

Həyatı

Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar.

Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə vəfat etmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

Teatr səhnəsində ifa etdiyi rollar

Mingəçevir Dövlət Dram Teatrı(1969-1976)

  • Fuad ("Almaz", Cəfər Cabbarlı)
  • Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov)
  • Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun)
  • Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev)
  • Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət)

Akademik Milli Dram Teatrı(1976-2017)

  • Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
  • Qoca ("Fitnə", Abdulla Şaiq)
  • Əsgər ("Maqbet", Uilyam Şekspir)
  • Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov)
  • N.Kokin ("Daşqın", A. Safronov)
  • Çolaq ("Yad adam", L. Frank)
  • 1-ci polis ("Səhra yuxuları", Anar)
  • Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev)
  • Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri)
  • Hans ("Gecənin sirri", A. Safronov)
  • 1-ci Qanun ("İblis", Hüseyn Cavid)
  • Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev)
  • Aşpaz Abbas ("Sehrli alma", Y. Lada)
  • 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov)
  • Qulam ("Aydın", Cəfər Cabbarlı)
  • Həkim ("Kəllə", Nazim Hikmət)
  • Molla ("Brüsseldən məktublar", Həsən Həsənov)
  • Reynaldo ("Hamlet", Uilyam Şekspir)
  • Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal)
  • Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç)
  • Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay)
  • Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə)
  • Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol)

Filmoqrafiya

  1. Kişilər (film, 1979)
  2. Mənim günahım (film, 1985)
  3. Ordan-burdan (film, 1987)
  4. Pəncərədə işıq (film, 1987)
  5. Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini
  6. "Fransız" (film, 1995)
  7. Bağdada putyovka var... (film, 2000)
  8. Qeybdən gələn səs (film, 2002)
  9. Dəvətnamə (film, 2003)
  10. Sonuncu şahid (film, 2004)
  11. Cavid ömrü (film, 2007)
  12. Biz qayıdacağıq (film, 2007)
  13. Günaydın, mələyim! (film, 2008)
  14. Vəkil hanı? (film, 2011)
  15. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  16. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba)
  17. Bir ovuc torpaq (teleserial, 2013)
  18. Ümid işığı (film, 2014)
  19. Azərbaycan tarixinin parlaq epizodları. Əhmədiyyə Cəbrayılov (film, 2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Firuz Xudaverdiyev haqqında məlumat. Firuz Xudaverdiyev nədir? Firuz Xudaverdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şotland dili

  • Fevral 27, 2026

    Lodoicea

  • Fevral 27, 2026

    Embrion

  • Fevral 27, 2026

    Əfrin

  • Fevral 27, 2026

    Aralıq (İğdır)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst