Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tenuidactylus caspius (lat. Tenuidactylus caspius) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin tenu

Xəzər gekkonu

  • Ana Səhifə
  • Vikipediya
  • Xəzər gekkonu

Tenuidactylus caspius (lat. Tenuidactylus caspius) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin tenuidactylus cinsinə aid heyvan növü.

Xəzər gekkonu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Sinif:
Sürünənlər
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Lepidosauromorpha
Dəstəüstü:
Lepidosauria
Dəstə:
Pulcuqlular
Klad:
Scincogekkonomorpha
Qeyri-rəsmi qrup:
Scleroglossa
Klad:
Gekkonomorpha
İnfradəstə:
Gekkota
Ranqsız:
Gekkomorpha
Fəsiləüstü:
Gekkonoidea
Fəsilə:
Gekkonlar
Yarımfəsilə:
Əsl gekkonlar
Cins:
Tenuidactylus
Növ:
Xəzər gekkonu
Beynəlxalq elmi adı
  • Tenuidactylus caspius
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  542780

Mündəricat

Qısa təsviri

Bədəninin uzunluğu 75 mm-ə, quyruğunun uzunluğu isə 100 mm-ə çatır. Bədənin 89–115 pulcuq vardır. Quyruğun qabırğalı pulcuqları seqment şəklində yerləşir. Bədəni sarı çalara malik qonurumtul – boz rəngdə olub, boynunda və bədəninin üst tərəfində 5–6 tünd rəngli, qeyri-düzgün formalı eninə zolaqlar var. Bədənin alt hissəsi ağ rəngdə olur.

Yayılması

Qafqazda, Qazaxıstanda və Mərkəzi Asiyada, şimal və şimal-şərqi İran, şimal-qərbi Əfqanıstanda yayılmışdır. Bu növ yayıldığı əraziyə asanlıqla uyğunlaşır. Türkmənistan ərazisində dağ zirvələri istisna olmaqla demək olar ki, bütün ərazilərdə rast gəlinir. Dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşən ərazilərə qədər yayılmışdır. İnsan yaşayış məntəqələrinin yaxınlığında gildən tikilən evlərin arasında, yarımçıq tikililərdə, su quyularının kənarlarında, qəbirstanlıqlarda və şoranlıq ərazilərdə asanlıqla yayıla bilir. Köhnə tikililərdə 1–2 kv ərazidə 1 gekkona rast gəlinir.

Həyat tərzi

Aktivliyi

Əsasən gecə həyatı keçirir, yazda çox nadir hallarda gündüz vaxtı fəal olurlar. Qışlama martın sonu və ya aprelin əvvəllərində bitir. Oktyabrın sonuna, bəzi isti illərdə isə noyabra qədər müşahidə edilirlər. Daşların arasındakı, yarımçıq tikililərdəki boşluqları, həyət evlərinin ərazilərində çatların arasını sığınacaq kimi istifadə edirlər.

Qidalanması

Bu növ qarışqalar, puplar, çəyirtkələr və hörümçəklərlə qidalanırlar. Bəzən öz balalarında yeyir, kannibalizm müşahidə olunur. Xalq arasında Daş kərtənkələsi olaraq tanınır.

Çoxalması

Bədən uzunluğu 40 mm olanda, cinsi yetkinliyə çatırlar. Qışlamadan çıxdıqdan bir müddət sonra cütləşmə baş verir. Bu müddət ərzində aqressiv olur və erkəklər arasında döyüşlər baş verir. Bu zamanlar zəif və incə səs çıxarırlar. Mayın ortalarından avqustun əvvəllərinə qədər dişi fərd ölçüləri 10,0–12,5 х 9,0–10,2 mm olan ovalşəkilli 1–2 yumurta qoyur. İnkubasiya müddəri 68–81 gün davam edir. Yeni yumurtadan çıxan balalar bədən uzunluğu 17–23 mm, quyruq uzunluğu isə 22–28 mm təşkil edir.

Təsnifatı

Növ iki yarımnövlə təmsil olunur:

  • Cyrtopodion caspius caspius (Eichwald, 1831) — Adi Xəzər gekkonu, Xəzər dənizindəki Daş Zirə adası istisna olmaqla, növün bütün mövcud arealı boyunca geniş yayılmışdır.
  • Cyrtopodion caspius insularis (Akhmedow et Szczerbak, 1978) — Ada Xəzər gekkonu, Abşeron yarımadasından 12 km aralıda yerləşən Daş Zirə adasında yayılmışdır. Azərbaycan üçün endemik kərtənkələ yarımnövüdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəzər gekkonu haqqında məlumat. Xəzər gekkonu nədir? Xəzər gekkonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Java

  • Fevral 25, 2026

    Nitsa

  • Fevral 25, 2026

    Misurata

  • Fevral 27, 2026

    Dahur dili

  • Fevral 23, 2026

    29 noyabr

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst