Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa, Liflandiya quberniyası, Rusiya imperiyası – 17 dek

Arkadi Raykin

  • Ana Səhifə
  • Vikipediya
  • Arkadi Raykin

Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa, Liflandiya quberniyası, Rusiya imperiyası – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981).

Arkadi Raykin
latış. Arkādijs Raikins‎
rus. Аркадий Исаакович Райкин
Doğum tarixi 11 (24) oktyabr 1911(1911-10-24)
Doğum yeri
  • Riqa, Liflandiya quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 17 dekabr 1987(1987-12-17) (76 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Fəaliyyəti kinorejissor, aktyor, aparıcı[d], teatr rejissoru, komediyaçı, yumor ustası
Fəaliyyət illəri 1935-ci ildən
Təhsili
  • Rusiya Dövlət Səhnə Sənəti İnstitutu (–1935)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 19811981 "SSRİ xalq artisti" fəxri adı — 19681968 "RSFSR xalq artisti" fəxri adı — 1957 "RSFSR əməkdar artisti" fəxri adı — 1948 "Lenin" mükafatı — 19801980
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir.

1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır.

Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir. Raykin həmçinin pantomima və lirik monoloq ifaçısı kimi də məşhur olmuşdur. Raykin teatrının ən yaxşı tamaşaları aşağıdakılardır: "80 günlük dünya səyahəti" (1956), "Məhəbbət və üç portağal" (1956), "İkidən əlliyədək" (1961), "Svetofor" (1969), "Seçmələr-73" (1973), "Əlahəzrət teatr" (1981) və s.

О, istər keçmiş sovet ittifaqında, istərsə də xarici ölkələrdə məşhur idi. Ona görə də xarici ölkələrə teztez səfərlər edir və tamaşaçıları komik rolları ilə sevindirirdi.

Qazandığı sənət uğurlarına görə o, 1968-ci ildə SSRİ Xalq artisti, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüşdür. 1980-ci ildə məşhur gülüş ustası Lenin mükafatı laureatı adını almışdır.

Arkadi Raykin 1987-ci il dekabr ayının 17-də Moskva şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arkadi Raykin haqqında məlumat. Arkadi Raykin nədir? Arkadi Raykin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan rəqsləri

  • Fevral 27, 2026

    Cocos

  • Fevral 27, 2026

    Indigofera rothii

  • Fevral 27, 2026

    Namus qətli

  • Fevral 23, 2026

    Holokost

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst