Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sö

Göydələn

  • Ana Səhifə
  • Vikipediya
  • Göydələn

Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur.

Empire State Building, New York

Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur.

Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır.

Mündəricat

Adlandırma

İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.

  • Afrikanca: wolkekrabber ("bulud qazan")
  • Almanca: Wolkenkratzer ("bulud qazan")
  • Belarusca: небаскроб [nebaskrob] ("göy qazan")
  • Bosnaca: neboder ("göy dağıdan")
  • Bolqarca: небостъргач [nebostırgaç] ("göy qazan")
  • Çincə: 摩天大楼|摩天大樓 [mótiān dàlóu] ("göy qazan böyük bina")
  • Çexcə və Slovakca: mrakodrap ("bulud qazan")
  • Danca: skyskraber ("bulud qazan")
  • İndoneziyaca və Malayca: pencakar langit ("göy qazan")
  • Esperanto: nuboskrapulo ("göy qazan")
  • Estonca: pilvelõhkuja ("bulud qıran")
  • Farsca: آسمانخراش [âsmânhrâş] ("göy qazan")
  • Flamanqca: wolkenkrabber ("bulud qazan")
  • Fincə: pilvenpiirtäjä ("bulud dəstəkləyən")
  • Fransızca: gratte-ciel ("göy qazan")
  • İvritcə: גורד שחקים [gored sh'khakim] ("göy qazan")
  • İngiliscə: skyscraper ("göy qazan")
  • İspanca: rascacielos ("göy qazan")
  • İsveçcə: skyskrapa ("göy qazan")
  • İtalyanca: grattacielo ("göy qazan")
  • İslandca: skýjakljúfur ("göy yaran")
  • Yaponca: 摩天楼 [matenrou] ("göy qazan qüllə")
  • Katalonca: gratacel ("göy qazan")
  • Litvanca: dangoraižis ("göy qazan")
  • Kürdcə: balexane ("əndamlı bina")
  • Macarca: felhőkarcoló ("bulud qazan")
  • Makedonca: облакодер [oblakoder] ("bulud qazan")
  • Norveçcə: skyskraper ("bulud qazan")
  • Polyakca: drapacz chmur ("bulud qazan")
  • Portuqalca: arranha-céu ("göy qazan")
  • Rumınca: zgârie-nori ("göy qazan")
  • Rusca: небоскрёб [neboskryob] ("göy qazan")
  • Serbcə: небодер [neboder] ("göy dağıdan")
  • Slovencə: nebotičnik ("göy ovan")
  • Türkcə: gökdelen ("sky-piercer")
  • Ukraynaca: хмарочос [xmaroços] ("göyə dırmaşan")
  • Vyetcə: nhà chọc trời ("göy dürtmələyən")
  • Yunanca: ουρανοξύστης [uranoksístis] ("göy qazan")

Tarix

1884–1885-ci illərdə Çikaqoda inşa edilmiş on mərtəbəli "Home Insurance" (Ev sığortası) binası ilk göydələn hesab olunur. Bugünkü şərtlərlə ilk göydələn Nyu-Yorkdakı "Woolworth Building"dir.

XIX əsrin sonlarında Nyu-York, Çikaqo və Londonda, 1930-cu illərin əvvəllərindən etibarən isə Cənubi Amerikada (San Paulo, Buenos Ayres) və Asiyada (Şanxay, Honq Konq, Sinqapur) göydələnlər inşa olunmağa başlanmışdır.

Ədəbiyyat siyahısı

  • Adam, Robert. . City Journal. 23 sentyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2014.
  • Judith Dupré. Skyscrapers: A History of the World's Most Extraordinary Buildings-Revised and Updated. (2013). Hachette/Black Dog & Leventhal. 2013 ed.: ISBN 978-1-57912-942-2
  • Skyscrapers: Form and Function, by David Bennett, Simon & Schuster, 1995.
  • Landau, Sarah; Condit, Carl W. Rise of the New York Skyscraper, 1865–1913. New Haven, CT: Yale University Press. 1996. ISBN 978-0-300-07739-1. OCLC 32819286.
  • Willis, Carol, Form Follows Finance: Skyscrapers and Skylines in New York and Chicago. Princeton Architectural Press, 1995. 224 P. ISBN 1-56898-044-2
  • Van Leeuwen, Thomas A P, The Skyward Trend of Thought: The Metaphysics of the American Skyscraper, Cambridge: MIT Press, 1988.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Göydələn haqqında məlumat. Göydələn nədir? Göydələn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xaos (mifologiya)

  • Fevral 25, 2026

    Şiraz şəhristanı

  • Fevral 27, 2026

    Hallavar çayı

  • Fevral 27, 2026

    E.ə. 1303

  • Fevral 27, 2026

    Eduard Markarov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst