Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazi

Xunə şəhəri

  • Ana Səhifə
  • Vikipediya
  • Xunə şəhəri

Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir.

Qədim şəhər
Xunə
Ölkə  Azərbaycan
Vilayət Cənubi Azərbaycan
Milli tərkibi Azərbaycanlılar
Müasir yeri Xalxal şəhristanı, KağızKünan, Aqkənd

12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir.

Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar.

Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı. Yaxın və uzaq şəhərləri bir-biri ilə birləşdirən nəqliyyat yolları üstündəki poçt xanalar vasitəsilə təkcə məktub yox, kağız, kitab və s. tələbat malları da daşınırdı. Poçt yollarında bir-birini əvəz edən çaparlar vasitəsilə yüklərin bir poçtdan digərinə təhvil verilməsi və qəbulu imzalı, möhürlü sənədlə həyata keçirilirdi. Hər poçt məntəqəsinin öz çaparxanası vardı.

Həmçinin bax

  • Ərdəbil

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xunə şəhəri haqqında məlumat. Xunə şəhəri nədir? Xunə şəhəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Malvoideae

  • Fevral 27, 2026

    Lenin mavzoleyi

  • Fevral 27, 2026

    Nağıl

  • Fevral 27, 2026

    İmam Cavad

  • Fevral 27, 2026

    Daşoğuz vilayəti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst