Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif elementlərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
| Qlem-rok | |
|---|---|
| Glam rock | |
| |
| İstiqamət | Rok |
| Mənbəsi | Art-rok, Pop rok, Psixodelik rok, Garage rock, Hard rok, Rok-n-roll, Bubblegum pop |
| Yarandığı dövr | 1970-ci illərin əvvəlləri |
| Ölkə | |
| Törəmə formalar | Qotik rok, Yeni romantika, Sinti pop, Punk rock, Post-punk, Glam metal, Oi! , Britpop, Yeni dalğa |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qlem-rok haqqında məlumat. Qlem-rok nədir? Qlem-rok nə deməkdir?
