Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental

Art-rok

  • Ana Səhifə
  • Vikipediya
  • Art-rok

Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental və qeyri-ənənəvi elementlərdən istifadə edən rok musiqisinin alt janrıdır. Bu janr rok musiqisini incəsənətlə əlaqələndirməyə çalışaraq musiqiyə daha eksperimental və konseptual baxış sərgiləyir. Klassik musiqi, avanqard musiqi, folk musiqi, psixodelik rok, caz kimi musiqi janrlarından təsirlənir. Art-rok janrında musiqi rəqs etməkdən daha çox dinləmək və düşünmək niyəti ilə bəstələnir. Janrın populyarlığı, əsasən, Britaniyalı sənətçilər vasitəsilə 1970-ci illərin əvvəllərində idi. Musiqi və bu musiqi ilə uyğunlaşmış tamaşalar öz teatral xarakteri və lirik mürəkkəbliyi ilə bədii təmayüllü gəncləri və incəsənət sevərləri cəlb edə bilirdi. Art rok 1966–1967-ci illərdə başlayan və 1970-ci illərin ortalarında pank rokun yaranması ilə bitən müəyyən rok musiqi dövrü ilə əlaqələndirilir. Daha sonralar isə art-rok 1970–90-cı illərdə populyar olan musiqi janrları ilə birləşərək təkamülünü və varlığını davam etdirir.

Art-rok
ing. Art Rock
İstiqamət Rok
Mənbəsi eksperimental rok  • avanqard musiqi • psixodelik rok  • folk-musiqi  • caz  • klassik musiqi
Yarandığı dövr 1960lar
Ölkə
  •  Birləşmiş Krallıq
Törəmə formalar krautrok • post-proqressiv • postpank
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xüsusiyyətlər

Tənqidçi Con Rokvell deyirdi ki, art rok özünün açıq yaradıcılıq hissi, klassik musiqi iddiaları, eksperimental/avanqard meylləri ilə rokun ən eklektik növlərindən biridir. Art-rok art-popun təcəssüm etdirdiyi birdəfəlik estetikadan fərqli olaraq romantik və avtonom ənənələri vurğulayır. Larri Starr və Kristofer Uoterman ingilis rok qrupları King Crimson, Emerson, Lake & Palmer və Pink Floydu misal gətirərək art-roku "rok və Avropa klassik musiqisinin elementlərini birləşdirən rok musiqi forması" kimi adlandırır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Art-rok haqqında məlumat. Art-rok nədir? Art-rok nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Luis

  • Fevral 26, 2026

    Aleksandr Baqrationi

  • Fevral 27, 2026

    Senet

  • Fevral 27, 2026

    Salyan mahalı

  • Fevral 27, 2026

    Minudəşt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst