Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vardan Stepanyan (erm. Վարդան Ստեփանյան; 8 mart 1966, İrəvan – 3 iyul 1992, Mirikənd, Xocavənd rayonu), daha çox Düşmən Vardan kimi tanınır — Ermənistan hərbçis

Vardan Stepanyan

  • Ana Səhifə
  • Vikipediya
  • Vardan Stepanyan

Vardan Stepanyan (erm. Վարդան Ստեփանյան; 8 mart 1966, İrəvan – 3 iyul 1992, Mirikənd, Xocavənd rayonu), daha çox Düşmən Vardan kimi tanınır — Ermənistan hərbçisi, Birinci Qarabağ müharibəsi iştirakçısı. O, Ermənistanda əhəmiyyətli bir hərbi komandir sayılır.

Vardan Stepanyan
erm. Վարդան Ստեփանյան
Şəxsi məlumatlar
Doğum tarixi 8 mart 1966(1966-03-08)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 3 iyul 1992(1992-07-03) (26 yaşında)
Vəfat yeri
  • Mirikənd, Xocavənd rayonu, Azərbaycan
Dəfn yeri
  • Yerablur
Vətəndaşlığı
  •  Ermənistan
Təhsili
  • İrəvan Dövlət Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti Daşnaksutyun
Döyüşlər
  • SSRİ–Əfqanıstan müharibəsi,
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "İgidliyə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Hərb xaçı" ordeni (Ermənistan)

Mündəricat

Həyatı

Erkən həyatı və Əfqanıstan

Vardan Stepanyan 9 mart 1966-cı ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. 1983-cü ildə İrəvanda yerləşən 32 saylı Tumanyan məktəbini bitirdikdən sonra Sovet Ordusuna çağırılmışdır. 1984–1986-cı illərdə Əfqanıstanda xidmət etmişdir. Oradakı xidmətlərinə görə Stepanyan "İgidliyə görə" medalı və "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilmişdir. Sovet Ordusundan tərxis olunduqdan sonra Stepanyan İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur.

Birinci Qarabağ müharibəsi

Stepanyan 1988-ci ilin əvvəlində Qarabağ hərəkatına qoşulmuşdur. O, əvvəlcə Qarabağ ermənilərinə silah və texnikanın verilməsində Əfqanıstan müharibəsinin erməni veteranları qrupuna rəhbərlik etmişdir. Stepanyan 1989-cu ildən İcevan, Noyemberyan, Şəmşəddin, Ararat, Vardenis və Gorusda döyüşlərdə iştirak etmişdir. 1991-ci ildə Birinci Qarabağ müharibəsinin qızışdığı bir vaxtda Stepanyan Qarabağa köçmüş, Xocalı, Meşəli, Kərkicahan, Malıbəyli, Laçın, Ağdərə, Əsgəran, Böyük Qaladərəsi və s. döyüşlərdə fəal iştirak etmişdir. 1991-ci ilin dekabrında sonuncu sovet qoşunları Azərbaycanı tərk etmişdir. Azərbaycan qoşunları tezliklə Qarabağın ən böyük şəhəri olan Xankəndini mühasirəyə almışdı. O, Xankəndi yaxınlıqlarında yerləşən Kərkicahanda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdə erməni döyüşçülərinə rəhbərlik etmişdir.

8–9 may 1992-ci il tarixlərində erməni qoşunları Şuşanı işğal etmişdilər. Stepanyan bu döyüşdə fəal iştirak etmişdir.

İrsi

Stepanyan Ermənistanın paytaxtı İrəvanda yerləşən Yerablur hərbi qəbiristanlığında dəfn edilmişdir. O, ölümündən sonra 1993-cü ildə Qondarma Dağlıq Qarabağ Respublikasının I dərəcəli "Döyüş xaçı" ordeni və 1996-cı ildə Ermənistanın II dərəcəli "Döyüş xaçı" ordeni ilə təltif edilmişdir.

İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin auditoriyalarından birinə 1994-cü ildə onun adı verilmişdir. Şuşada bir küçə "Düşmən Vardan Stepanyan" adlandırılmış, İrəvanda isə onun muzeyi fəaliyyət göstərir. Mirikənd kəndi yaxınlığında onun heykəli ucaldılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vardan Stepanyan haqqında məlumat. Vardan Stepanyan nədir? Vardan Stepanyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şükürbəyli (Füzuli)

  • Fevral 27, 2026

    Noqay Orda

  • Fevral 27, 2026

    Həmidoğulları bəyliyi

  • Fevral 16, 2026

    15 fevral

  • Fevral 27, 2026

    Dividend tapmacası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst