Yerablur (erm. Եռաբլուր, hərf. "üç təpədə əsaslanan") və ya Yerablur Hərbi Panteonu — Ermənistanın İrəvan şəhərinin kənarındakı təpənin başında yerləşən hərbi qəbiristanlıq. 1988-ci ildən Yerablur Qarabağ münaqişəsi zamanı həlak olmuş erməni əsgərlərinin dəfn olunduğu yerə çevrilmişdir.
| Qəbiristanlıq | |
| Yerablur | |
|---|---|
| |
| |
| Ölkə | |
| Yerləşdiyi yer | İrəvan |
| Əsası qoyulub | 1988 |
| Sayt | erablur.am |
| 40°09′35″ şm. e. 44°27′15″ ş. u.HGYO | |
![]() Yerablur | |
Tarixi
26 may 1992-ci ildə Ermənistan hökumətinin qərarı ilə qəbiristanlığın statusu təsdiq edilmişdir.
Tərtibat
İrəvanın qərb hissəsində, Yerablur təpəsində, İrəvan - Eçmiədzin avtomobil yolunun sağında yerləşir. Təpənin hündürlüyü 951 m, panteonun sahəsi isə 19,22 ha-dır. Yerablurun girişinin sol tərəfində ibadətgah var, onun qarşısında həlak olmuş Azadlıq Döyüşçüləri Muzeyi, onun yanında Ermənistanın azadlığı uğrunda erməni gizli ordusunun 39 əsgərinin xatirəsinə ucaldılmış abidə, daha sonra isə itkin düşmüş Azadlıq döyüşçülərinə abidə. Yerablurda Ermənistanın Milli Qəhrəmanları Vazgen Sarkisyanın, Civan Abramyanın, Monte Melkonyanın, Dağlıq Qarabağ müharibəsinin əsgərləri olan bir çox digər görkəmli ermənilərin məzarları var. Kompleks panteonun hərbi mühafizə xidməti tərəfindən qorunur. 1995-ci ildən Yerablur Hərbi Panteonunda həlak olmuş Azadlıq Döyüşçülərinin Valideynləri Komitəsi fəaliyyət göstərir.
Bəzi dəfn olunanlar

Bu hərbi qəbiristanlıqda bir çox erməni hərbçiləri dəfn olunub, o cümlədən:
- Vardan Stepanyan (1992)
- Qurbanmurad Nəfəsov (1992)
- Monte Melkonyan (1993)
- Karo Kahkecyan (1993)
- Şahin Meğriyan (1993)
- Sose Mayriq (1952-ci ildə vəfat etmiş, 1998-ci ildə Yerablurda yenidən dəfn edilmişdir)
- Vazgen Sarkisyan (1999)
- Andranik Ozanyan (1927-ci ildə vəfat etmiş, 2000-ci ildə Yerablurda yenidən dəfn edilmişdir)
- Qurgen Markaryan (2004)
- Sebuh Nersesyan (1940-cı ildə vəfat etmiş, 2014-cü ildə Yerablurda yenidən dəfn edilmişdir)
- Qurgen Yanıkyan (1984-cü ildə vəfat etmiş, 2019-cu ildə yenidən dəfn edilmişdir)
Yerablur hərbi qəbiristanlığından olan bütün memoriallar "hush.am" şəcərə saytında yerləşdirilmişdir.
Qalereya
Müqəddəs Vartanants Əzabkeşlər kilsəsi
Əsas giriş
Monte Melkonyan
Karo Kehkecyan
Sose Mayriq
Vazgen Sarkisyan
Andranik Ozanyan
Qurgen Marqaryan
2021-ci ildə Yerablur
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yerablur haqqında məlumat. Yerablur nədir? Yerablur nə deməkdir?

