Şükürbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.
| Şükürbəyli | |
|---|---|
| 39°31′17″ şm. e. 47°20′08″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Bələdiyyə | Kərimbəyli bələdiyyəsi |
| Başçı | Alı Alıyev |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Rəsmi dili | |
| Rəqəmsal identifikatorlar | |
| Nəqliyyat kodu | 19 |
![]() Şükürbəyli | |
Toponimikası
Kəndin keçmiş adı Əyrili olmuşdur. Yaşayış məntəqəsi əvvəllər Əyrili adlı sahədə salınmış, sonralar yerini dəyişmişdir. Yeni ərazidə kəndin əsasını qoymuş Şükürbəyin adı ilə adlandırılmışdır.
Tarixi
Şükürbəyli Füzuli şəhərinin işğalından 5 gün sonra — 1993-cü il avqustun 28-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra kənd 4 ay müddətində talan edilib. 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə Azərbaycan ordusunun hücum əməliyyatı ilə Füzulinin işğaldan azad edilən yaşayış məntəqələrindən biri Şükürbəyli olub.
7.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Şükürbəyli bələdiyyəsi olub.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası Füzuli rayonunda "Bərpa və Vətənə Qayıdış Proqramı" çərçivəsində 1999–2001-ci illərdə rayonun bu kəndində dağılmış evləri bərpa etmiş və köçkün ailələrin geri qayıtması üçün şərait yaratmışdı.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18-ci hissəsinə əsasən: "18. Füzuli rayonu üzrə: 18.4. Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli və Zobucuq bələdiyyələrinin əhatə etdiyi Birinci Zobucuq, İkinci Zobucuq, Üçüncü Zobucuq, Dördüncü Zobucuq, Beşinci Zobucuq qəsəbələrində və Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərində Kərimbəyli bələdiyyəsi" yenidən təşkil edilib.
Coğrafiyası və iqlimi
Kənd Quruçay ilə Köndələnçay arasında, düzənlikdə yerləşir.
Əhalisi
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax:
- Füzuli rayonunun Şükürbəyli bələdiyyəsi
- FÜzuli rayonunun Kərimbəyli bələdiyyəsi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şükürbəyli (Füzuli) haqqında məlumat. Şükürbəyli (Füzuli) nədir? Şükürbəyli (Füzuli) nə deməkdir?
