Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1651-ci ildə anadan olmuşdu. 25 yaşında Kartlidə çar olmuşdu. XI İnnokenti ilə əlaqəyə keçən çar katolik olmaq haqda düşünürdü. 1688-ci ildə Şah Süleyman Səfəvi

XI Georgi

  • Ana Səhifə
  • Vikipediya
  • XI Georgi

XI Georgi yaxud II Şahnəvaz xan (Gurgin Xan) — V Vaxtanqın böyük oğlu idi.

XI Georgi
II Şahnəvaz
გიორგი XI
Kartli çarı
1676 – 1688
ƏvvəlkiV Vaxtanq
SonrakıI İrakli Baqrationi
Kartli çarı
1692 – 1695
ƏvvəlkiI İrakli Baqrationi
SonrakıI İrakli Baqrationi
Kartli çarı
1703 – 1709
ƏvvəlkiI İrakli Baqrationi
SonrakıKeyxosrov
Şəxsi məlumatlar
Doğum tarixi 1651
Doğum yeri
  • Tiflis, Kartli krallığı
Vəfat tarixi 21 aprel 1709 (57–58 yaşında)
Vəfat yeri Qəndəhar, Əfqanıstan Əfqanıstan
Fəaliyyəti siyasətçi
Atası V Vaxtanq
Anası Rodami Barataşvili-Kaplanişvili
Dini Gürcü Ortodoks Kilsəsi, İslam
Rütbəsi
  • general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1651-ci ildə anadan olmuşdu. 25 yaşında Kartlidə çar olmuşdu. XI İnnokenti ilə əlaqəyə keçən çar katolik olmaq haqda düşünürdü. 1688-ci ildə Şah Süleyman Səfəvi tərəfindən vəzifəsindən uzaqlaşdırılaraq yeri I İrakli Baqrationiyə verildi. Qardaşı I Arçilin yanına qaçan Georgi onu İmeretiya taxtına çıxardı.

Hakimiyyət uğrunda mübarizə

Çarlıqdan uzaqlaşdırılmış II Şahnəvaz xan 4 il Nəzərəli xanla mübarizə aparsa da özbaşına heç nəyə nail ola bilmədi. Ona bu döyüşlərdə keçmiş Gəncə bəylərbəyi Abbasqulu xan kömək edirdi. 1699-cu ildə Georgi yeni şah olan Şah Sultan Hüseyn Səfəvi Kirman bəylərbəyliyi vəzifəsinə gətirildi. 1703-cü ildə yenidən çar oldu. Mir Veys xan üsyanını yatırmaq üçün Əfqanıstana gedən çar üsyanı yatıraraq Mir Veysi şah sarayına gətirdi. Lakin sarayda olan hərcmərclikdən və saray intriqalarından istifadə edən Mir Veys Məkkəni ziyarət etmək adı ilə şah sarayını tərk edir. Daha sonra geri qayıdan Mir Veys özünü yaxşı kimi qələmə verir və bir ziyafət təşkil edərək çar Georgini və onun silahdaşlarını dəvət edir və onun bütün adamlarını burada qətlə yetirir. Qətlə yetirilmiş çarın paltarlarını geyinib Qəndəhara daxil oldu.

Gürgin xan kimi

XVIII əsrin əvvəllərində yaranmış ağır vəziyyət, halinin qarşılasdığı çətinliklər, İran tarixinin bu dövründə baş vermiş hadisələr bu tarixi əlamətdar etmişdir. Belə hadisələrdən biri Şah Sultan Hüseynin taxtdan salınması, onun və səfəvi sahzadələrinin öldürülməsi oldu. Aciz Sultan Hüseyn atasının vəsiyyətinə zidd olaraq, taxta əyləşdirildikdən sonra 1694-cü ildə Şahnəvaz xan ləqəbli gürcü Gürgin (Georgi) xanı Qəndəhara hakim göndərdi. Xristian olan bu səxs əhaliyə zülm etməyə və tamahkarlıqla məşğul olmağa başladı. Bu da sonralar təriqət ayrılığı cəhətdən çəkişmələrə yol açdı. Gürgin xan Qəndəharda 5 il hakim olmuş və bu müddətdə öz siyasətini heç dəyişməmişdi. Qəndəhar əhalisi onun əlindən bezmişdi.

Ailəsi

Çar Baqrationi-Davidaşvili ailəsindən Tamara ilə evlənmişdi, bu evlilikdən 2 övladı: Baqrat və Mariam doğulmuşdu. Başqa bir evlilikdən olan qızı Rodami isə İmereti çarı VII Georgi ilə evlənmişdi.

Vikianbarda XI Georgi ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, XI Georgi haqqında məlumat. XI Georgi nədir? XI Georgi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Robinson tağı

  • Fevral 27, 2026

    Marburq

  • Fevral 27, 2026

    Stimul

  • Fevral 24, 2026

    Tikinti

  • Fevral 27, 2026

    Üçtərəfli komissiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst