Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döy

Katvan döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Katvan döyüşü

Katvan döyüşü (çin. 卡特萬之戰) ― Səlcuqlar, onların vassal dövləti Qərbi Qaraxanilər dövləti və Qarakitaylar dövləti arasında 9 sentyabr 1141-ci ildə baş vermiş döyüş. Səlcuqlar bu döyüşdə qəti şəkildə məğlub oldular və nəticədə Böyük Səlcuq imperiyası çökməyə başladı.

Katvan döyüşü
Tarix 9 sentyabr 1141
Yeri Katvan çölü, Səmərqənd yaxınlığı
Nəticəsi Qarakitayların qəti qələbəsi
Münaqişə tərəfləri

Böyük Səlcuq imperiyası
Qərbi Qaraxanilər dövləti
Kakaveyhilər

Qarakitaylar
Qarluqlar

Komandan(lar)

Sultan Səncər
II Qarşasp ☪
II Mahmud

Yelü Daşi

Tərəflərin qüvvəsi

20 000-100 000

20 000-700 000

İtkilər

50 000-100 000

bilinmir

    Mündəricat

    Döyüşdən əvvəlki vəziyyət

    Qərbi Lyao imperatoru Yelü Daşinin Balasaquna qədər gələrək Qaşqar, Beşbalıq və Xücənd şəhərlərini tutaraq paytaxtı Balasaqun şəhəri olan Qaraxitaylar dövlətini yaratması ilə Qaraxanlı-Qarakitay mübarizəsi ciddiləşmişdi. 1137-ci ildə Qarakitay ordusu Səlcuq vassalı olan Qərbi Qaraxanlı hökmdarı Mahmud b. Məhəmməd Arslan Xanın qüvvələrini Xücənd yaxınlarında məğlub etdi. Xarəzmşahlar ilə Böyük Səlcuq imperiyası arasındakı mübarizədən faydalanan Qarakitaylar, Qaraxanlı torpaqlarına olan hücumlarını gücləndirmişdilər. Qaraxanlılar ilə onlara tabe olan Qarluqlar arasında mövcud olan ziddiyyətlərdə, Qaraxanlıların, Səlcuq hökmdarı Sultan Səncərdən kömək istəmələri ilə birgə Qarluqlar da Qarakitaylara sığınmışdırlar.

    Döyüş

    Yelü Daşi, Qarluqların bağışlanması məqsədi Sultan Səncərə müraciət etmiş, ancaq bu tələbi müsbət qarşılamayan Səncər ordusu ilə birgə yürüşə davam etmişdir. İki ordu Səmərqəndin şimal hissəsində yerləşən Katvan çölündə qarşılaşmışdır. Baş verən müharibədə Səlcuq ordusu ağır itkilər verərək geri çəkilmişdi. Sultan Səncər ilə Mahmud b. Məhəmməd Arslan Xan döyüş meydanından qaçmaq məcburiyyətində qalmışdırlar.

    Nəticələri

    Yaşanan ağır məğlubiyyətdən 1141-ci ildə Mahmud b. Məhəmməd Arslan Xanın yerinə qardaşı Tamgaç Buğra Xan III İbrahim adı ilə Qarakitaylardan asılı bir hökmdar kimi Qərbi Qaraxanlı hökmdarı olmuşdur. Bu məğlubiyyət Səlcuqları zəiflətmək ilə bərabər, həm də dağılma mərhələsinin başlanmasına səbəb olmuşdur. Bu məğlubiyyətdən cəsarətlənən Xarəzmşahlar və Qurilər Səlcuqlara qarşı üsyana başlamışdırlar.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katvan döyüşü haqqında məlumat. Katvan döyüşü nədir? Katvan döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Albizia

    • Fevral 27, 2026

      Bernard Herrmann

    • Fevral 27, 2026

      Tümən (dəqiqləşdirmə)

    • Fevral 27, 2026

      Ləzgi soylar

    • Fevral 27, 2026

      Ləklər

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst