Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kakaveyhilər sülaləsi — 1008–1274-cü illər arasında İranın Yəzd, İsfahan, Həmədan və Rey əyalətlərində hökm sürən deyləmi xanədan.

Kakaveyhilər sülaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Kakaveyhilər sülaləsi

Kakaveyhilər sülaləsi — 1008–1274-cü illər arasında İranın Yəzd, İsfahan, Həmədan və Rey əyalətlərində hökm sürən deyləmi xanədan.

Kakaveyhilər sülaləsi
Paytaxt İsfahan
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Sülalənin əsasını Düşmənziyar qoyub. Mənşəcə deyləmlidir. O, Buveyhilərdən Rey, Cəbəl və Şəhriyar şəhərlərini almışdı. Onun oğlu Əbu Cəfər Məhəmməd ibn Kakaveyh kimi tanınırdı. Kaka deyləm ləhcəsində dayı deməkdir.

Sırasıyla Buveyhilər sülaləsi, Qəznəlilər dövlətinə və Böyük Səlcuq İmperiyasına bağlanan Kakaveyhilər sülaləsi 1051-ci ildə İsfahanın səlcuqlulara ilhaq edilməsiylə ortadan qalxmışdır. Səlcuqlular bu sülalə nümayəndələrini Yəzd valiləri təyin edirdilər.

XIII əsrdə İrana hakim olan Elxanlılar sülaləsi tərəfindən 1274-cü ildə tam olaraq ortadan qaldırılmışdır.

Kakaveyhilər və oğuzlar

Deyləmilər Deyləmdə Kakaveyhilər sülaləsini qurmuşdular. Azərbaycanda Rəvvadilər və Şirvanşahlar sülaləsi mövcudkən, Azərbaycan ilə Şərqi Anadolunun bir hissəsi Şəddadilərin əlində idi. Oğuz birlikləri Reyi tərk edincə, Deyləm Kakaveyhilərdən İsfahan və Həmədan hakimi Əlaüddövlə buraya hücum etmişdir. Ancaq müvəffəq ola bilməmiş, xüsusilə də Əbu Səhl-i Həmdavi qarşısında məğlub olunca oğuzlardan kömək istəmişdir. Azərbaycan tərəflərinə hərəkət edən oğuz boy bəylərindən Qızıl bu dəvət üzərinə geri döndü. Qızılın əmrində cəmi 1500 qədər əsgər var idi. Ancaq onun Əlaüddövlə ilə dostluqları uzun davam etmədi. Qısa vaxt sonra münasibətləri pozuldu və Qızıl talanlara davam etməyə başladı. Qızılla birlikdə Azərbaycana gələn Buğa, Göy Daş, Mənsur və Dana Anadoluya qədər uzanan səfərlərinə davam etdilər.

Hökmdarları

İsfahan :
  • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh 1007–1041
  • Fəramərz Əbu Mənsur ibn Məhəmməd 1041–1051
Həmadan :
  • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd 1024–1047
Yəzd:
  • Əli ibn Fəramərz 1051–1095
  • II Gərşasp ibn Əli 1095–1141
  • I Fulana və II Fulana 1141–1161
  • Yəzd atabəyləri 1161-ci ildə sülaləyə son verdi.

Şəcərə

  • Mərziban
    • Rüstəm Düşmənziyar
      • Əlaəddövlə Əbu Cəfər Məhəmməd ibn Kakaveyh
        • Fəramərz Əbu Mənsur ibn Məhəmməd
          • Əli ibn Fəramərz (1095)
            • II Gərşasp ibn Əli (1141)
              • I Fulana
              • II Fulana, Yəzd atabəyi Rüknəddin Sam tərəfindən taxtdan salınıb.
                • Əlaəddövlə Ata xan (1227)
        • I Gərşasp Əbu Kəlicar ibn Məhəmməd (1051/1052)
        • Əbu Hərb
        • Fulana, Sultan Mahmud Qəznəvi tərəfindən taxtdan salınıb.
    • Fulana
      • Seyyidə (1028)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kakaveyhilər sülaləsi haqqında məlumat. Kakaveyhilər sülaləsi nədir? Kakaveyhilər sülaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Şəmkir şəhəri

  • Fevral 27, 2026

    Vilyam Şekspir

  • Fevral 27, 2026

    İnsan alveri

  • Fevral 24, 2026

    Yeni il

  • Fevral 27, 2026

    Menyu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst