Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Antiseptiklər, (antiseptik maddələr) — xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddəl

Antiseptiklər

  • Ana Səhifə
  • Vikipediya
  • Antiseptiklər

Antiseptiklər, (antiseptik maddələr) — xəstəliktörədən mikroorqanizmləri məhv etmək və ya onların çoxalmasının qarşısını almaq üçün preparatalar, kimyəvi maddələr. Tibbdə antiseptiklər dəriyə, yaraya və s.-yə infeksiya keçməsinin qarşısını almaq üçün işlədilir.

Antiseptiklərin bir qismindən (karbol turşusu, krezol, lizol, formalin, xloramin, xlorlu əhəng və s.) binaları dezinfeksiya etmək üçün istifadə olunur. Tibbdə işlədilən antiseptiklərə pantosid, yodoform, kalium-permanqanat, bor turşusu, natrium-hidrokarbonat, nişatır spirti, gümüş-nitrat, protarqol, Burov mayesi, spirt, rivanol, bəzi antibiotiklər (qramisidin, mikrosid), fitonsidlər və s. aiddir.

Antiseptik maddələr mikrob əleyhinə olan digər maddələrdən (antibiotiklərdən, kimyəvi müalicə vasitələrindən və s.) fərqli olaraq seçici təsiri ilə deyil, geniş spektrli antibakterial, antivirus, göbələklərə, ibtidailərə qarşı təsir göstərməsi ilə səciyyələnir. Antiseptik maddələrə xlor (qalazon, xloroksilenol və s.), yod (yod, yodoform, kalium -yodid və s.), oksidləşdirici (benzoil və hidrogenin peroksidləri, kalium-permanqanat), aldehid (formaldehid, sitral və s.), spirt (dixlorbenziletanol, izopropanol, etanol), fenol (timol, xlorokrezol və s.), turşu (benzoy, borat, salisil və s.), rəngləyici (brilyant yaşılı, metil abısı, eozin və s.), alüminium (asetat), bismut, maqnezium, mis, qurğuşun, gümüş, sink preparatları, biquanidin törəmələri (sikloksidin, xlorheksidin), anion və kation detergentləri, habelə ambazon, heksamidin, miramistin, selen sulfidi, kükürd sulfidi, naftalan nefti və bir sıra bitki mənşəli preparatlar aiddir. Antisepdik maddələr dərinin, selikli qişaların, boşluqların və yaraların infeksiya ilə zədələnməsinin müalicə və profilaktikasında, cərrahiyyə əməliyyatı zamanı əllərin və əməliyyat sahələrinin dezinfeksiyasında istifadə olunur.

Həmçinin bax

  • Antiseptika

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Antiseptiklər haqqında məlumat. Antiseptiklər nədir? Antiseptiklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İzmit

  • Fevral 24, 2026

    Malavi

  • Fevral 27, 2026

    Mançester Universiteti

  • Fevral 27, 2026

    I Fridrix

  • Fevral 27, 2026

    Meri Kassat

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst