Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İşıq diodu — elektrik enerjisini işıq enerjisinə çevirən p-n keçidli diod. Dioddan düz cərəyan axdıqda elektron və deşiklərin p-n keçidi və onun yaxınlığında in

İşıq diodu

  • Ana Səhifə
  • Vikipediya
  • İşıq diodu

İşıq diodu — elektrik enerjisini işıq enerjisinə çevirən p-n keçidli diod. Dioddan düz cərəyan axdıqda elektron və deşiklərin p-n keçidi və onun yaxınlığında intensiv rekombinasiya nəticəsində şüalanma yaranır. Bu effekt elektrolüminessensiya?! adlanır və işığın rəngi (fotonun enerjisinə uyğun) yarımkeçiricinin qadağan edilmiş zonasının enerjisi ilə müəyyən edilir.

İşıq diodu
Göy, yaşıl və qırmızı işıq diodları
İş prinsipiElektrolüminessensiya
Kəşf edilibOleq Losev (1927)
Ceyms Berd (1961)
Nik Holonyak (1962)
İlk istehsal1962-ci ilin oktyabrı
Pin konfiqurasiyasıAnod və katod
Elektron simvolu

İşıq diodlarının sahəsi çox kiçikdir (1 mm2-dən daha az) və tamamlanmış optik komponentlər özünün şüalanma quruluşunu formalaşdırmaq üçün istifadə oluna bilər. 1962-ci ildə praktiki elektron komponentlər kimi meydana çıxan işıq diodları ilk əvvəllər aşağı intensivlikli infraqırmızı işıq şüalandırırdılar. İnfraqırmızı işıq diodları hələ də uzaq məsafədən idarə olunan sxemlərdə elementlərin ötürülməsi üçün istifadə olunur. Müasir işıq diodları görünən, ultrabənövşəyi və infraqırmızı kimi müxtəlif dalğa uzunluğunda çox yüksək parlaqlıqlı işıq vermə qabiliyyətinə malikdir.

İlk əvvəllər işıq diodları tez-tez kiçik közərmə lampalarını əvəz edən elektron cihazlar üçün indikator lampaları kimi istifadə edilirdi. İşıq diodlarının inkişaf etdirilməsi ətraf mühitin məqsədli şəkildə işıqlandırılmasında onları istifadə etməyə imkan yaradır. İşıq diodları közərmə lampalarından bir sıra üstünlüklərə malikdirlər. Bu üstünlüklərə aşağı enerji sərfi, uzun müddətli istifadə, təkmilləşdirilmiş fiziki etibarlılıq, kiçik ölçü və daha sürətli kommutasiyanı misal göstərə bilərik. İşıq diodları müasir dövrümüzdə aviasiya işıqlandırması, avtomobil faraları, reklam, ümumi işıqlandırma, kameralar, işıqlı divar kağızı kimi müxtəlif tətbiqlərdə istifadə olunur. İşıq diodları həmçinin yüksək kommutasiya normalarına görə qabaqcıl informasiya kommunikasiya texnologiyalarında istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İşıq diodu haqqında məlumat. İşıq diodu nədir? İşıq diodu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bern Universiteti

  • Fevral 27, 2026

    Karfagen dövləti

  • Fevral 27, 2026

    Mazoxizm

  • Fevral 28, 2026

    Döyüşdə yaralanma

  • Fevral 27, 2026

    Gəncə qəzası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst