Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mazoxizm (alm. Masochismus‎) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini al

Mazoxizm

  • Ana Səhifə
  • Vikipediya
  • Mazoxizm

Mazoxizm (alm. Masochismus‎) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini alman psixiatr və nevroloq Rixard fon Kraft-Ebinq 1886-cı ildə yazdığı "Cinsi psixopatiya" (Psychopathia sexualis) adlı monoqrafiyasında təqdim etmiş və romanlarında və qısa hekayələrində bu cür meylləri təsvir edən yazıçı Leopold fon Zaxer-Mazoxun şərəfinə adlandırmışdır.

Seksual mazoxizm

Seksual mazoxizm həyəcan və həzz alma vasitələrinin partnyorun çəkdiyi əziyyət olduğu cinsi davranış formasıdır. Bu zaman insan cinsi hisslər və motivlər əsasında başqa bir insanın iradəsi ilə əsarət altına düşmək istəyir, bu adamın onunla qul kimi davranmasını, onu hər cür alçaltmasını və rəftar etməsini istəyir.

Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) son nəşrində "cinsi mazoxizm pozğunluğu" Kod 302.83 (F65.51) kimi qeyd olunur. Bu diaqnoz istək, davranış və fantaziyalarda təzahür edən alçaldılma və ya döyülmə aktından ən azı 6 ay ərzində təkrarlanan və intensiv cinsi oyanma tələb edir. Bununla belə, cinsi istəklər, davranışlar və ya fantaziyalar sosial, peşə və ya digər mühüm fəaliyyət sahələrində klinik cəhətdən əhəmiyyətli pozulmalara səbəb olmalıdır.

Mazoxizm və şəxsiyyət pozğunluğu

Mazoxist psixiatrlar tərəfindən tibbi təsnifata daxil edilmək üçün təklif edilmişdir, lakin hazırda həm Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatında, həm də Xəstəliklərin Beynəlxalq Təsnifatında yoxdur.

Psixiatriyada şəxsiyyət pozğunluğu fərdin xarakter konstitusiyasının və davranış meyllərinin ciddi şəkildə pozulmasıdır. DSM-III-R mazoxist (özünü zədələyən) şəxsiyyət pozğunluğu üçün digər insanların köməyini rədd etmək, öz uğurlarını mənfi qiymətləndirmək, özünü qurban vermək istəyi, bu insana davamlı olaraq yaxşı münasibət göstərən insanları rədd etmək, və s. xarakterikdir.

Amerikalı psixiatrlar bu diaqnozu Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatına daxil etməmək qərarına gəliblər.

Həmçinin bax

  • Sadizm
  • Sadomazoxizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mazoxizm haqqında məlumat. Mazoxizm nədir? Mazoxizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İbn Miskəveyh

  • Fevral 27, 2026

    Van ili

  • Fevral 27, 2026

    Ləxmilər

  • Fevral 23, 2026

    UTC−04:00

  • Fevral 27, 2026

    Kriqsmarine

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst