Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir.

Sabun

  • Ana Səhifə
  • Vikipediya
  • Sabun

Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir.

Dekorativ sabun toplanması, ki, adətən, onlara otellərdə rast gəlmək olar
Natrium stearat kimyəvi strukturunun iki ekvivalent şəkili, tipik bir sabun

Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir.

Məişət sabunu

Mündəricat

Alınması

Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır.

Sözün mənşəyi

Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir.

Kimyəvi tərkibi

Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir. Bu formul qəlib sabunda C17H35OONa, maye sabunda isə C17Subscript textH35OOK kimidir. Həmçinin bəzi sabunlara parfüm kimi ftalat adlanan kimyəvi maddələr və s. qatılır.

Məişətdə və istehsalatda sabun əvəzinə sintetik yuyucu vasitələrdən də, məsələn, yuyucu tozlardan istifadə olunur. Sintetik yuycu vasitələrin üstünlüyü ondan ibarətdir ki, onlar cod suda yuyucu təsirini itirmir. İsveçrənin Ekoloji İnjinerinq institutunun (Sürix şəhəri) tədqiqatçıları aydınlaşdırmağı qərara alıblar: hansı sabun ətraf mühit üçün daha az təhlükəlidir – bərk və ya maye? Biz əlimizi yarım dəqiqə yuduqda orta hesabla 0,35 qram bərk sabun və 2,3 qram maye sabun (bir dəfə sıxdıqda içərisində maye sabun olan flakondan məhz həmin miqdarda maye sabun çıxır) istifadə edirik. Resursların sərfi baxımından necədir? Sadə sabuna kağız örtük, maye sabuna plastik butulka lazımdır. Kağızın maklatura kimi toplanması işi qurulub. Plastik butulkalar isə emal olunmada zibilxanaya daxil olur və ya yandırılır. Amma bərk sabun ilə əli yuduqda 30% artıq su istifadə olunur, çünki onu həll etmək lazımdır. Adi sabun yağ turşularının natrium duzundan ibarətdir, maye sabunlar sintetik səthi aktiv maddələrdən ibarətdir və təbiət üçün daha təhlükəlidir. Maye sabunların düşdüyü tullantı sularının təmizlənməsi çətin və baha olacaq. Əlavə olaraq maye sabunda sintetik aromatizatorlar və digər əlavələr çoxdur, beləliklə, ümumilikdə bir kiloqram maye sabun sintezi üçün atmosferə atılan CO2-nin miqdarı bərk sabunun eyni miqdarının istehsalı zamanı atılandan 10 dəfə çoxdur. Bərk sabunu daşımaq maye sabunu daşımaqdan asan və ucuzdur və yolda itki azdır. Ancaq maye sabun neftdən hazırlanır ki, onun çıxarılması az yer tutur və yağlı bitkilərin və heyvan yetişdirilməsi zamanı əmələ gələn tullantıdan az tullantı əmələ gəlir. Nəticə: demək olar ki, bütün nisbətlərdə sabun kəsikləri ekologiya baxımından maye sabuna nəzərən daha əlverişlidir. Əgər siz bununla belə, maye sabuna üstünlük versəniz, irihəcmli qablarda almağa üstünlük verin (5 litrə qədər olur) və istifadə etdikcə onu eyni kiçik plastik qaba tökün.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sabun haqqında məlumat. Sabun nədir? Sabun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Prut

  • Fevral 27, 2026

    San-Salvador

  • Fevral 27, 2026

    Filippin pesosu

  • Fevral 27, 2026

    Ənam surəsi

  • Fevral 23, 2026

    Holosen təqvimi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst