Xarxar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Xarxar kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Xarxar kəndi Zəhmətkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xarxar kənd inzibati ərazi vahidi yaradılmışdır.
| Xarxar | |
|---|---|
| 40°42′21″ şm. e. 45°49′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.499 m |
| Saat qurşağı |
|
![]() Xarxar | |
Toponimikası
Yaşayış məntəqəsini 1904-cü ildə, çarlıq dövründə Azərbaycana köçürülmüş moldovan ailələri Novoalekseyevka adı ilə salmışdılar. Lakin 1916-1917-ci illərdə onlar geriyə qayıtdıqdan sonra, burada azərbaycanlı ailələr məskunlaşmış və Xarxar adlı dərədə yerləşən bu kəndi "Xarxar" adlandırmışlar.
Tədqiqatçılara görə, toponim qədim alban tayfalarından olan qarqarların adı ilə bağlıdır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1515 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xarxar haqqında məlumat. Xarxar nədir? Xarxar nə deməkdir?
