Xarxat dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2378,1 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Xaşlıdağ yüksəkliyindən (hünd. 2689,8 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında, Kilit kəndindən 2 km şimalda zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu lay dəstəsinin çökmə süxurlarının Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit, adamellit və qranitlərilə təmas zolağında yerləşən günbəzvari yüksəklikdir. İntruziyadan ayrılan maqmatik flüidlərin ətraf çökmə süxurlara kontakt təsiri nəticəsində sonuncularda epidot-qranat tərkibli zolaqlı skarnlar müşahidə edilir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb cinahında yerləşir.
| Xarxat dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Dağ silsiləsi | Zəngəzur dağları |
| Mütləq hündürlüyü | 2378 m |
| Yerləşməsi | |
| 38°53′57″ şm. e. 46°07′21″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət | |
![]() Xarxat dağı | |
Həmçinin bax
- Qız-gəlin dağı
- Abdal (dağ)
- Elti dağı
- Ağaverdi dağı
- Qapıcıq dağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xarxat dağı haqqında məlumat. Xarxat dağı nədir? Xarxat dağı nə deməkdir?
