Elti dağı — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Biləv kəndindən 1 km. cənubdadır. Dağ konusvari formadadır, sıldırım yamaclıdır (hünd. 1592,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun qərbə istiqamətlənmiş eyniadlı şaxəsində zirvə. Biləv kəndindən 1 km cənubdadır. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, sıldırım yamaclı konusvari yüksəklikdir. Təpəsi tünd-boz rəngli layvari piroksenli andezitlərlə təmsil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının mərkəzi hissəsində yerləşir.
| Elti dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Dağ silsiləsi | Zəngəzur dağları |
| Mütləq hündürlüyü | 1593 m |
| Yerləşməsi | |
| 39°04′06″ şm. e. 45°50′56″ ş. u.HGYO | |
| Ölkə | |
| Vilayət | |
![]() Elti dağı | |
Həmçinin bax
- Almalıdağ
- Xarxat dağı
- Keçəltəpə
- Arısu dağı
- Güllüdağ
- Gədikdağ
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elti dağı haqqında məlumat. Elti dağı nədir? Elti dağı nə deməkdir?
