Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pelekanon döyüşü və ya digər adı ilə Maltəpə meydan müharibəsi – Osmanlı dövləti ilə Bizans imperiyası arasında baş vermiş döyüşdür. Osmanlının Kocaeli yarımada

Pelekanon döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Pelekanon döyüşü

Pelekanon döyüşü və ya digər adı ilə Maltəpə meydan müharibəsi – Osmanlı dövləti ilə Bizans imperiyası arasında baş vermiş döyüşdür. Osmanlının Kocaeli yarımadasındakı fəthləri və İznikin mühasirəsi səbəbiylə 10-11 iyun 1329-cu ildə Bizans imperatoru III Andronikos ilə Osmanlı hökmdarı Orxan Qazi arasında baş vermiş döyüş Osmanlı dövlətinin parlaq qələbəsi ilə nəticələnmiş və o günə qədər diqqət çəkməyən osmanlılar ön plana çıxmışdır.

Pelekanon döyüşü
Tarix 1329
Yeri
  • Nikomediya

    Mündəricat

    Döyüş

    Türklərin Kocaeli yarımadasındakı qalaları alaraq boğaza enmələri Bizans imperiyasını təşvişə düşürmüşdü. Osmanlı bəyliyi tərəfindən alınan qalaları geri almaq və mühasirə altındakı İzniki qurtarmaq üçün Bizans imperatoru III Andronikos gizlicə hazırlıq edərək Rumelidən gətirdiyi iki min əfərlik qüvvə ilə Konstantinopol və ıtrafından qatılan qüvvələrlə birlikdə Anaodlu tərəfdəki Üsküdara keçdi. İmperator 1329-cu ilin may ayında Orxan bəyin üzərinə yürüş etdi. Bu zaman o özünə Darıca ilə Tuzla arasındakı Flokren qəsəbəsini qərərgah kimi seçmişdi. Bundan xəbər tutan Orxan bəy İznik mühasirəsinə bir miqdar əsgər saxlayaraq, səkkiz min nəfərlik qoşunla Darıca ilə Eskişəhər arasında yerləşən Pelekanon bölgəsində birbaşa imperatorun komandnalıq etdiyi bizans qüvvələri ilə toqquşdu.

    Axşama qədər davam edən döyüşün bundan sonra da davam etməsini təhlükəli görən imperator qərərgahına döndüyü zaman Orxan Qazinin hücuma keçməsindən sonra Bizasn ordusunda təşviş meydana çıxdı. Bu əsnada yaralanan imperator dəniz yolu ilə Konstantinopola geri döndü. Ordusunun çoxu xilas ola bilmədi və məhv edildi.

    Nəticə

    Orxan Qazi bu qalibiyyətdən sonra həmin il içində təkrar İznik üzərinə hücuma keçdi. Artıq köməyə olan ümidini itirən İznik komandanı müəyyən şərtlər müqaiblində təslim oldu. Bununla da, İznik Osmanlı dövləti tərəfindən ələ keçirildi. Bir çox tarixçiyə görə, İznikin ələ keçirilməsi Osmanlı dövlətinin tarixində yeni mərhələnin əsasını qoymuş və gələcəkdə Konstantinopolun ələ keçirilməsinə doğru atılmış iri addımlardan biri olmuşdur.

    Döyüşün qələbə ilə sonlanmasında Osmanlı ordusunun komandanı orxan Qazinin şəxsi hərbi bacarığı xüsusi rol oynamışdır.

    Həmçinin bax

    • Dinboz döyüşü
    • Osmanlı imperiyası
    • Bizans imperiyası
    • Bursanın mühasirəsi
    • Konstantinopolun mühasirəsi (1422)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pelekanon döyüşü haqqında məlumat. Pelekanon döyüşü nədir? Pelekanon döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Qazıməmməd rayonu

    • Fevral 27, 2026

      Anton Çexov

    • Fevral 27, 2026

      Feldyeger xidməti

    • Fevral 27, 2026

      Aforizm

    • Fevral 26, 2026

      Oleq Antonov

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst