Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021-ci ildən (16 fevral 2024-cü ildə Azərbaycan Respublika

Fərid Qayıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Fərid Qayıbov

Fərid Fazil oğlu Qayıbov (24 aprel 1979, Bakı) — Azərbaycan Respublikasının gənclər və idman naziri (2021-ci ildən (16 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən yenidən gənclər və idman naziri təyin edilmişdir)), Avropa Gimnastikasının prezidenti (2017-ci ildən (2022 və 2025-ci ildə Avropa Gimnastikasının Konqresində keçirilən seçilərdə təkrar təşkilatın prezidenti seçilib)), Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin üzvü (2017-ci ildən). UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri (2025-ci ildən), 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi sədrinin müavini (2025-ci ildən), 4-cü Avropa Oyunları (İstanbul 2027) üzrə Koordinasiya Komissiyasının üzvü (2025-ci ildən)

Fərid Qayıbov
Azərbaycan Respublikasının gənclər və idman naziri
Vəzifədədir
7 sentyabr 2021-ci ildən
  1. i. e. 14–16 fevral 2024
ƏvvəlkiAzad Rəhimov
Avropa Gimnastikasının (EG) prezidenti
Vəzifədədir
2 dekabr 2017-ci ildən
    Şəxsi məlumatlar
    Doğum tarixi 24 aprel 1979(1979-04-24) (46 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dövlət İqtisad İnstitutu (1995–1999),
    • P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universiteti[d] (–2014)
    Fəaliyyəti ictimai xadim[d]
    Uşağı 3

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
    Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Fərid Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olmuşdur. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə etmişdir.

    2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə etmişdir.

    Evlidir, iki oğlu, bir qızı var.

    Fəaliyyəti

    Neft sahəsində fəaliyyəti

    2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin anbarında işləmişdir. 2001–2003-cü illərdə ARDNŞ-nin "Balaxanıneft" Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışmışdır.

    İdman sahəsində fəaliyyəti

    Fərid Qayıbov 2003–2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika üzrə meneceri kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində Bakıda bədii gimnastika üzrə keçirilən 3 Dünya Kuboku (2003/04/05-ci illərdə) və 27-ci Dünya Çempionatının (2005) Yerli Təşkilat Komitələrinin işində, o cümlədən Bakıda idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kursunun (2007-ci il) təşkilində fəal iştirak etmişdir.

    2005-ci ildən 2006-cı ilə kimi AGF-nin Baş meneceri vəzifəsində çalışmışdır. 2006-cı ildə AGF-nin növbəti hesabat-seçki konfransında federasiyanın Baş katibi seçilmişdir. 2006–2007, 2008–2009 və 2013–2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa Çempionatı (2007, 2009, 2014) üzrə Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini daşımışdır. 2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 77-ci Konqresində (17–19 oktyabr, Helsinki, Finlandiya) həmin qurumun Şura üzvü seçilmişdir (2008–2012-ci Olimpiya dövrü üzrə).

    25 dekabr 2010-cu ildə AGF-nin İcra Komitəsinin iclasında Baş katib vəzifəsinə yenidən seçilmişdir. 2012-ci ildə FIG-nin 79-cu Konqresində (25–27 oktyabr, Kankun, Meksika) yenidən həmin qurumun Şura üzvü seçilmişdir.

    6–7 dekabr 2013-cü ildə Sloveniyanın Portoroj şəhərində keçirilən Avropa Gimnastika İttifaqının 25-ci Konqresində həmin təşkilatın Vitse-prezidenti vəzifəsinə seçilmişdir. Bununla əlaqədar olaraq FIG-nin Şura üzvlüyündən imtina etmişdir. 2013–2021-ci illərdə Milli Olimpiya Komitəsinin (MOK) üzvü olmuşdur.

    2013 və 2014-cü illərdə FIG Akademiyasının 1 (2013) və 2-ci (2014) dərəcələrinə aid bədii gimnastika üzrə məşqçilik kurslarının təşkilatçısı olmuşdur. 2014–2015-ci illərdə Birinci Avropa Oyunlarında (Bakı-2015) test turniri xarakteri daşıyan 6 gimnastika növü üzrə Birgə Açıq Azərbaycan Çempionatının (2015) Yerli Təşkilat Komitəsində icraçı direktor vəzifəsini daşımışdır. 2014–2015-ci illərdə I Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə təşkil olunan yarışlarda məsləhətçi kimi fəaliyyət göstərmişdir.

    Fərid Qayıbov ölkə başçısı tərəfindən Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilərkən

    2015-ci il 24 dekabr tarixində AGF-nin İcra Komitəsinin iclasında yenidən Baş katib vəzifəsinə seçilmişdir. 2015–2016-cı illərdə Bakıda, 2016 və 2017-ci illərdə təşkil olunmuş İdman Gimnastikası üzrə FIG Dünya Kuboku (AGF Trophy, 2016-cı ildə "Challenge" seriyasına aid), Bədii Gimnastika üzrə FIG Dünya Kuboku (AGF Trophy) və Batut Gimnastikası üzrə FIG Dünya Kubokunun (AGF Trophy) Yerli Təşkilat Komitələrində icraçı direktor vəzifəsini daşımışdır. 2016–2017-ci illərdə Bakıda FIG-nin Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik və Beynəlxalq Hakimlik Kurslarının, Kişi İdman Gimnastikası üzrə Beynəlxalq Hakimlik Kurslarının (2017), FIG Şurasının (2017), 4-cü İslam Həmrəyliyi Oyunları (2017) çərçivəsində gimnastika yarışlarının yerli təşkilat komitələrində icraçı direktor vəzifəsini daşımışdır.

    Avropa Gimnastikası və FIG Konqreslərinin iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apellyasiya Hakimlər Briqadasının Prezidenti olmuşdur (təyinata əsasən).

    2017-ci il 1–2 dekabr tarixlərində Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının (UEG) 27-ci hesabat-seçki xarakterli Konqresində Fərid Qayıbov bu qurumun prezidenti seçilmiş və prezident seçilməsi ilə əlaqədar, federasiyanın Baş katibi vəzifəsindən istefa vermişdir. 2018-ci ildən UEG-də (2020-ci ilin 1 aprel tarixindən Avropa Gimnastikası adlanır) prezident səlahiyyətlərini icra edir və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvüdür. Avropa Gimnastikasının Prezidenti kimi həmin qurumun Prezident Şurası, İcra Komitəsi və Ümumi Yığıncağına sədrlik edir, Avropa Gimnastikasını Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsində təmsil edir. Beynəlxalq Gimnastika Federasiyası İcra Komitəsinin üzvü kimi Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olmuşdur.

    2021-ci il 7 sentyabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Fərid Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsinə təyin olunmuşdur.

    2021-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin VIII hesabat-seçki Baş Məclisində həmin qurumun Vitse-prezidenti seçilmişdir və bu vəzifəni 2025-ci ilə qədər icra etmişdir.

    2022-ci ilin 24 May tarixində UNESCO baş qərargahında keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CİGEPS) növbədənkənar sessiyası zamanı Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov üzv ölkələrin yekdil qərarı ilə CİGEPS-in sədri seçilmişdir. F. Qayıbovun sədrlik müddəti 2023-cü ilin 21 noyabr tarixində başa çatmışdır.

    2022-ci ilin 5–6 mart tarixlərində Fərid Qayıbov Dünya Etnoidman Konfederasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə "Ənənəvi idman növlərinin dirçəlişi" şüarı altında Bakıda keçirilən 5-ci Etnoidman Forumunda iştirak edib.

    2022-ci ilin 23 iyun tarixində o, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının 3-cü sessiyasına sədrlik edib.

    2022-ci ilin 25–29 iyul tarixlərində Fərid Qayıbov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edib.

    Fərid Qayıbov 2022-ci il dekabrın 2-si və 3-də Portuqaliyanın Albufeira şəhərində keçirilən Avropa Gimnastikasının 29-cu Konqresində yüz faiz səs çoxluğu ilə yenidən Avropa Gimnastikasının prezidenti seçilib.

    2022-ci il 9 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fərid Qayıbov "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü seçilib.

    2023-cü ilin 7 fevral tarixli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Fərid Qayıbov 74-cü Beynəlxalq Astronavtika Konqresinin həmin ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü seçilmişdir.

    2023-cü il 11 mart tarixli ölkə başçısının Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri təyin edilmişdir. 2023-cü ilin 26–29 iyun tarixlərində Bakıda keçirilən 7-ci Bədən Tərbiyəsi və İdman üzrə məsul Nazirlər və Yüksək Vəzifəli şəxslərin Beynəlxalq Konfransına (MİNEPS VII) nazir F. Qayıbov sədrlik edib.

    2023-cü ilin 25–26 oktyabr tarixlərində UNESCO-nun mənzil-qərargahında keçirilən İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransı zamanı, Konvensiyaya Tərəf Ölkələrin yekdilliklə qəbul etdiyi qərara əsasən, nazir Fərid Qayıbov Büronun sədr müavini seçilmişdir. F. Qayıbov növbəti iki il müddətinə bu vəzifəni icra edəcəkdir.

    2023-cü ilin 8–9 noyabr tarixlərində İsmayıllı rayonun Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman sahələrinə məsul nazirlərinin yeddinci iclasında nazir Fərid Qayıbov həmsədr olub.

    2024-cü ilin 3–7 aprel tarixlərində Portuqaliyanın Gimarayeş şəhərində keçirilən Avropa çempionatında Fərid Qayıbov Portuqaliya Gimnastika Federasiyasının medalı ilə təltif olunub. Bu mükafat Avropa Gimnastikasının prezidenti kimi F. Qayıbova son illərdə Avropa gimnastikasındakı xidmətlərinə görə verilib.

    2024-cü ilin 10 iyul tarixindən III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədrinin müavinidir.

    2024-cü ilin 24 iyul tarixində Fərid Qayıbov UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Parisdə idman nazirlərinin "Change the Games" beynəlxalq forumunda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb.

    2025-ci ilin 20 oktyabr tarixində UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasında (COP10) keçirilən seçkilərdə səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov sədr seçilib.

    2025-ci ilin 29 noyabr tarixində Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Fərid Qayıbov növbəti dəfə təşkilatın prezidenti seçilib.

    2025-ci il 15 dekabr tarixli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Fərid Qayıbov 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi sədrinin müavini təyin edilib.

    2025-ci ildə gənclər və idman naziri Fərid Qayıbov 4-cü Avropa Oyunları (İstanbul 2027) üzrə Koordinasiya Komissiyasının üzvü seçilmişdir.

    Mühazirəçi fəaliyyəti

    Fərid Qayıbov Bakı Dövlət Universitetinin məzun günündə. 2025-ci il.

    2019-cu ilin mart–may aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "İdmanın Beynəlxalq İdarəetmə Sistemi və Olimpiya Hərəkatı" fənni üzrə mühazirə deyib. 2020-ci ilin sentyabr–oktyabr aylarında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İdman Menecmenti fakültəsinin magistr dərəcəsi üzrə tələbələrinə tədqiqat, kommunikasiya və innovasiya üzrə təcrübə modulunu tədris edib.

    Təltif və mükafatları

    • 2016-cı ildə FIG-nin 81-ci Konqresində (Tokio, Yaponiya) həmin qurumun şurasına iki dəfə (2008 və 2012) üzv seçildiyi üçün FIG-nin bürünc medalına layiq görülmüşdür.
    • 2017-ci ildə Bakıda keçirilmiş FIG-nin 17-ci Şura iclasında həmin qurum tərəfindən "Fəaliyyətin qiymətləndirilməsi" medalı ilə təltif olunmuşdur.
    • 2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
    • 2018-ci və 2022-ci illərdə İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri" layihəsi üzrə "İlin idman xadimi" seçilmişdir.
    • 2023-cü ildə Litva Olimpiya Komitəsinin xüsusi medalı ilə təltif edilmişdir.
    • 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
    • Bürünc medal, FIG Konqres, Tokio, Yaponiya, 2016
      Bürünc medal, FIG Konqres, Tokio, Yaponiya, 2016
    • “Fəaliyyətin qiymətləndirilməsi” medalı, FIG Şurası, Bakı, Azərbaycan, 2017
      “Fəaliyyətin qiymətləndirilməsi” medalı, FIG Şurası, Bakı, Azərbaycan, 2017
    • 2018-ci ildə İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə “İlin idman xadimi” seçilmişdir
      2018-ci ildə İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə “İlin idman xadimi” seçilmişdir
    • 2022-ci ildə İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri” layihəsi üzrə “İlin idman xadimi” seçilmişdir.
      2022-ci ildə İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri” layihəsi üzrə “İlin idman xadimi” seçilmişdir.
    • Litva Olimpiya Komitəsinin xüsusi medalı
      Litva Olimpiya Komitəsinin xüsusi medalı

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fərid Qayıbov haqqında məlumat. Fərid Qayıbov nədir? Fərid Qayıbov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 25, 2026

      Malay dili

    • Fevral 17, 2026

      Boğaz (coğrafiya)

    • Fevral 25, 2026

      Reptilia

    • Fevral 27, 2026

      Seysmik dalğalar

    • Fevral 25, 2026

      Tatar (Zəngilan)

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 25, 2026

      Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst